Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya G7 xarici işlər nazirlərinin görüşünü Karuizavada keçirməyi planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Yaponiya G7 xarici işlər nazirlərinin görüşünü Karuizavada keçirməyi planlaşdırır

Yaponiya G7 xarici işlər nazirlərinin görüşünü Karuizavada keçirməyi planlaşdırır


Gələn ildən “Böyük Yeddilik” (G7) ölkələrinə rəhbərlik edəcək Yaponiya hökuməti bu qurumun xarici işlər nazirlərinin görüşünün gələn ilin aprelində Naqano prefekturasının Karuizava kurort şəhərində keçirilməsini planlaşdırır.

Bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Həmçinin G7 liderlərinin sammitinin 2023-cü ilin aprelində Hiroşimada təşkil olunacağı da qeyd edilir.

Bildirilir ki, diplomatik idarələrin rəhbərlərinin görüşünün əvvəlcə Narada keçirilməsi nəzərdə tutulurdu. Lakin cari ilin iyulunda sabiq Baş nazir Şinzo Abe bu şəhərdə qətlə yetirildikdən sonra təhlükəsizlik baxımından həmin plandan imtina edilib.

Kauizava şəhəri isə paytaxt Tokioya yaxın yerləşməsi, buraya sürətli qatarlarla cəmi bir saatdan bir qədər çox vaxt sərf etməklə çatmağın mümkünlüyü və beynəlxalq tədbirlərin təşkilində təcrübəyə malik olması nəzərə alınaraq seçilib. Həmçinin bu şəhər 2016-cı ildə G7 ölkələrinin nəqliyyat nazirlərinin və 2019-cu ildə G20 ölkələrinin ətraf mühit və energetika nazirlərinin görüşlərinə ev sahibliyi edib.

Bununla yanaşı, G7 ölkələri maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşünün Yapon dənizi sahillərində yerləşən Niiqata prefekturasında keçiriləcəyi də qeyd olunur.

Geri dön