Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda Azərbaycan türkcəsində yazılan lövhələrə qadağalar sərtləşdirilir
İranda Azərbaycan türkcəsində yazılan lövhələrə qadağalar sərtləşdirilir |
İranda ticarət mərkəzləri, mağazalar və reklam lövhələri üzərində qeyri-fars sözlər, adlar və terminologiyaların işlədilməsinə qadağa qoyan qanunun daha ciddi şəkildə icra olunmasına qərar verilib. Ölkənin rəsmi xəbər agentlikləri qərarla bağlı yanvarın 8-də məlumat yayıblar.
Yayılan məlumata istinadən, muxtəlif hökümət orqanlarının nümayəndələri bu istiqamətdə birinci iclası yanvarın 8-də Tehranda Mədəniyyət və İrşad Nazirliyində keçiriblər. Nazirliyin mətbuat və informasiya işləri üzrə müavini ilə birlikdə, Sənədlər və Mülklər Qeydiyyatı İdarəsi, Tehran Bələdiyyəsi, Sənaye, Ticarət və Mədənlər Nazirliyi, Səhiyyə və Tibbi Təhsil Nazirliyi, Fars dili və ədəbiyyatı Akademiyası, peşəkar birliklər və polis rəsmiləri iclasa qatılıblar. İclasın başlıca hədəfi kimi fars dili və əlifbasını qorumaq istiqamətində ticarət lövhələrinin yad sözlərdən təmizlənməsi üçün sadalanan hökümət orqanları arasında koordinasiya təşkil etmək müəyyən olunub. İrşad və Mədəniyyət Nazirinin mətbuat və informasiya müavini Məhəmməd Cəfər Məhəmmədzadə ticarət reklamları, mağaza löhvhələri və malların qablaşdırmasında fars dili və əlifbasını qorumaqda hökumətin qərarlı olduğunu bildirib. Cənab Məhəmmədzadənin sözlərinə görə, əlaqədar orqanlardan mövzu ilə bağlı problemlər və qanuni maneələrin diqqətlə təsbit edilməsi istənilib. Qeyri-fars adların işlədilməsinin qadağan edilməsi ilə bağlı ilk qanun 1979 İnqilabından neçə il sonra Mədəni İnqilabın Yüksək Şurası tərəfindən hazırlanmışdı. İndiki qanun isə 1997-ci ildə İran Parlamentində qəbul olunub. Son 10 ildə insan haqları qrupları bir neçə dəfə İranın Azərbaycan vilayətlərində türkcə adların qadağa edilməsi haqda bəyanatlar yayıblar. 2007-ci ildə Təbrizli millət vəkili Əkbər Ələmi deputatlıq dövrünün son aylarında, İran parlamentindəki çıxışı zamanı Azərbaycan şəhərlərində türkcə adlara qoyulan qadağalara etiraz edərək Daxili İşlər Nazirini izahat vermək üçün məclisə çağırmışdı. Cənab Ələmi son 6 ildə namizədliyini irəli sürdüyü bütün seçkilərdə qeydiyyata alınmayıb. Hüquq müdafiəçilərin yaydıqları hesabatlara istinadən, bəzi azərbaycanlıların mağaza lövhəsi üzərində türkcə yazmaları məhkəmədə ittihamnamə kimi onların əleyhinə istifadə olunub. Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində Baxış Film və Şəkil Evi adında fotoqrafiya mağazasının sahibi Behbud Quluzadə 2010-cu ilin yanvarında bu növ ittihamlarla üzləşib. Geri dön |