Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Azərbaycan üçün ABŞ və Fransanın nə düşündüyü əsas deyil
Fərəc Quliyev:Azərbaycan üçün ABŞ və Fransanın nə düşündüyü əsas deyil |
Xəbər verdiyimiz kimi, xarici ölkələrin Azərbaycandakı diplomatları Füzuli və Şuşaya səfər ediblər. Verilən məlumatlara görə, səfərdə 160-dan çox daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri iştirak edib. Onlar Şuşada düzənlənən konfransa da qatılıblar.
Bu tədbirdə həm Bakıda olan rezident səfirlər, həm də Ankara, Tehran və Moskvada fəaliyyət göstərən non-rezident səfirlər iştirak edib. Səfərdə Böyük Britaniya, Niderland, İsveç, Polşa, Macarıstan, Bolqarıstan, Serbiya, Çexiya, İtaliya, Bosniya və Hersoqovina, Portuqaliya, Litva, İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Ukrayna, Qətər, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin, İndoneziya, Meksika, Argentina, Braziliya, Dominikan, Liviya, Mərakeş, Sudanın Bakıdafı səfirliyiin əməkdaşları iştirak ediblər. Habelə Danimarka, Albaniya, Monteneqro, Bəhreyn, Yəmən, Müqəddəs Taxt-Tac, Monqolustan, Filippin, Yeni Zelelandiya, Panama, Qvatemala, Çad, Qvineya, Salvador, Somalinin Ankaradakı, Uqandanın Tehrandakı, Namibiya və Kamerunun Moskvadakı non-rezident səfirləri də bu mötəbər tədbirə qatılıblar. Amma yenə də vaxtilə mövcud olan ATƏT-in Minsk qrupunda təmsil olunan ABŞ və Fransa səfirlikləri dəvət almalarına baxmayaraq, Şuşaya səfərdən imtina ediblər. Nə qədər qəribə olsa da ən uzaq ölkələr olan Filippin, Qvatemala, Çad, Qvineya, Salvador, Somali, Uqanda, Namibiya və Kamerun kimi dövlətlərin diplomatları digər ölkələrdən Azərbaycana gələrək bu tədbirdə iştirak etməsinin fonunda ABŞ və Fransa səfirləri Bakının göbəyindən Şuşaya getməyə iradə və güc tapa bilməyiblər. Əslində bu imtinanın səbəbi elə də çox dərində deyil. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi, bu ölkələrin Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər? ABŞ və Fransanı təmsil edən diplomatların belə mövqe sərgiləmələri düşünməyə əsas verir ki, bu ölkələr regionumuzda sülhün bərqərar olması, münaqişənin tam şəkildə həllində maraqlı deyillər. Onlar bölgədə qarşıdurmanın qalmasında maraqlıdırlar. Sözügedən iki ölkənin səfirliklərinin bu hərəkəti Azərbaycan xalqına, onun dövlətinə, ərazi bütövlüyünə hörmətsizlik, qərəzli mövqe, etinadsızlıq kimi qiymətləndirilməlidir. Görünür, 30 il ərzində heç bir işə yaramayan Minsk qrupunun prosesdən kənarlaşdırılması ABŞ-la Fransanın ürəyincə olmayıb. Ona görə də diplomatik fəaliyyətə yaraşmayan bu addım öz cavabını almalıdır. Hər iki ölkənin təmsilçisi Azərbaycan xalqı qarşısında açıqlama verməlidir ki, işğalı dayandırmağımızla niyə barışmırlar? Beynəlxalq hüququn bərpasında niyə haqlı tərəfin yanında deyillər? Yoxsa bu ölkələr üçün bütün hüquqlar ancaq öz mənafeyləri ilə səciyyələnir? Amma onların nə düşünməsindən asılı olmayaraq Azərbaycan öz yolu ilə gedir. Bu yol ölkəmizin gəncliyinə baxmayaraq bölgədə müdrikcəsinə sülh və əməkdaşlıq mühitinin yaradılmasına hesablanıb. Heç kim ölkəmizi tutduğu yoldan döndərə bilməz. Buna dövlətimizin kifayət qədər iradəsi və gücü var. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, Azərbaycan üçün ABŞ və Fransanın nə düşündüyü əsas deyil. Azərbaycan öz yolu ilə gedir və heç kim ona bu yolda əngəl ola bilməyəcək: “Artıq Azərbaycan elə bir gücdədir ki, bölgəmizdə heç bir böyük layihə Bakının iştirakı olmadan reallaşmayacaq. Azərbaycan Türkiyə ilə birgə siyasətini müəyyənləşdirir. Ərdoğanın dediyi kimi, hər kəs başa düşməlidir ki, dünya artıq 5-dən ibarət deyil. Belədə ölkəmiz üçün artıq Fransa və ya ABŞ səfirliklərinin nə düşündükləri əsas deyil. Azərbaycan reallıqları ortaya qoyur. Onlar mövcud olanları qəbul etmirlərsə, öz işləridir. Azərbaycan heç kimə fikir vermədən yol xəritəsini həyata keçirəcək”. Rüfət Sultan/Bizim.Media Geri dön |