Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ADA Universitetinin Azərbaycan dilindəki yeni magistr proqramının tələbələri Qazaxda dərslərə başlayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > ADA Universitetinin Azərbaycan dilindəki yeni magistr proqramının tələbələri Qazaxda dərslərə başlayıblar

ADA Universitetinin Azərbaycan dilindəki yeni magistr proqramının tələbələri Qazaxda dərslərə başlayıblar


Sentyabrın 5-də ADA Universitetinin region müəllimləri və məktəb direktorları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” üzrə təqdim etdiyi iki yeni magistr proqramının ilk tələbələri dərslərinə başlayıb

ADA Universitetində və onun Qazax mərkəzində əyani və distant formatda keçirilən proqram üzrə ümumilikdə 38 tələbə təhsil alır. Onlardan 27-si “Təhsil üzrə menecment”, 9-u isə “Təlim və tədrisin təşkili və metodikası” proqramı üzrə təhsil alırlar.

ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova tələbələri Qazaxda salamlayaraq bildirib ki, sözügedən proqram bir çox baxımdan universitet üçün olduqca əlamətdar xarakter daşıyır. Belə ki, ADA Universiteti hər iki proqramı daha əvvəl ingilis dilində təsis etsə də, bilavasitə regionlarda fəaliyyət göstərən müəllimləri müasir bilik və bacarıqlarla təmin etmək məqsədilə bu ildən etibarən həmin ixtisasları Azərbaycan dilində təqdim etməyə başlayıb.

“Təqdim etdiyimiz proqramlar müəllimlərimizin peşəkar inkişafını dəstəkləyəcək, region məktəblərində təlim-tədris prosesinin inkişafına fayda verəcək”, - deyə Ü.Mikayılova vurğulayıb.

“Təhsil üzrə menecment” ixtisasının ilk tələbələrindən olan Aliyə Nuriyeva “ADA tələbəsi” adını qazanmaqdan məmnunluğunu bildirərək, gələcəkdə işğaldan azad edilmiş bölgələrdə dərs demək arzusunu ifadə edib.

Proqram iştirakçılarından 195 saylı tam orta məktəbin direktoru Laçın Hüseynli deyib: “Təhsil sahəsində daimi inkişaf vacib olduğunundan ADA Universitetinin təqdim etdiyi bu ixtisas üzrə təhsil almağa qərar verdim. İnanıram ki, bu ixtisas peşəkar məqsədlərimə çatmaqda olduqca faydalı olacaq”.

Geri dön