Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatının BƏYANATI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatının BƏYANATI

Milli Dirçəliş Hərəkatının BƏYANATI


Ermənistanın son təxribatından sonra anlaşılırki, cəzasızlıq mühiti Ermənistanı və tərəfdarlarını ağılsız revanşa sürükləyir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, region ölkələri Azərbaycan və Ermənistan arasında münaqişələrin dayandırılmasına çalışmalıdırlar.

ABŞ Dövlət Departamentinin mövqeyindən aydın olur ki, Azərbaycanla Ermənistan arasında çıxan son döyüşlərdə region dövlətlərinin marağı var.
Göründüyü qədər bölgədə sabitliyi təmin etmək üçün Qərb dövlətləri və ABŞ-da səmimi davranmır.
1.Gərəyi odur ki, ABŞ və Qərb dövlətləri Ukranyaya müdaxiləyə görə Rusiyaya tətbiq olunan sanksiyaları Ermənistanda tətbiq etməlidirlər. ABŞ-ın bu il də Ermənistana və “Qarabağ separatçılarına” ayırdığı yardımlar dayandırmalıdır.
2.BMT qətnamələrində etiraf olunduğu kimi Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub dağıdıldığından Ermənistanı təzminat ödəməyə məcbur etməlidir. (Küveyt İraq nümunəsi)
3.Ermənistanı denasifikasiya və demillitarizasiya etdirilməlidir.
4.Azərbaycan ərazilərinin bərpa olunmasına böyük yardımlar ayrılmalı(Marşal planı nümunəsi)
ABŞ və Qərb yuxardakı tədbirləri görərsə, səmimiliyə inanmaq və bölgəyə sülh gətirmək olar.
a)Böyük bölgə dövləti olan Rusiya öz növbəsində imzası ilə təsdiq olunmuş 10 noyabr bəyanatının həyata keçməsi üçün öhdəliklərini dərhal həyata keçirməli;
b)Ermənistanın Azərbaycana təhdidlərində Rusiya silahlı qüvvələrinin yardımından istifadəyə çağırışlar olduğundan Ermənistanın KTMT-dən çıxarılmasına təşəbbüs göstərilməlidir;
c)b bəndinin tələbləri və Rusiya Azərbaycan arasında son dövlətlərarası müqavilə nəzərə alınaraq Rusiyanın Ermənistana silah yardımları dayandırılmalıdır.

Son hadisələrin bitmiş münaqişə ilə bağlılığı yoxdur, bu Ermənistan Azərbaycan arasında yeni müharibə səbəbidir.
- Azərbaycan tərəfi Ermənistan tərəfindəki təhdid nöqtələrini legitim hədəf kimi məhv etməlidir.
- Təhlükəsizliyimizin təmini üçün Ermənistan Azərbaycan sərhəddində 10km enində Ermənistan ərazisinə daxil olmaqla bufer zona yaratmalıdır.
- Qarabağ İqtisadi zonasında dərhal antiterror əməliyyatlarına başlamalıdır.
- Azərbaycana gəlməyə cəhd edən və Qarabağ İqtisadi zonasında olan separatçılar və bir vaxt Azərbaycanda cinayət törətmiş və kənarda yaşayan cinayətkarlar xüsusu xidmət orqanlarımız tərəfindən dərhal və heçbir xəbərdarlıq edilmədən infaz edilməlidir (İsrail idmançılarının qisas nümunəsi)
Biz Milli Dirçəliş Hərəkatı (MDH) partiyası olaraq bütün imkanlarımızla ordumuzun və Ali Baş Komandanın yanındayıq.
Bəqərə surəsinin 190-cı ayətində deyildiyi kimi Sizinlə savaşanlarla, Siz də Allah yolunda savaşın.
Şəhidlər ölməz, vətən bölünməz!
Allah şəhidlərimizə rəhmət eləsin!

MDH Mətbuat xidməti

Geri dön