Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:ABŞ Azərbaycana edilən təcavüzə qərəzli yanaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:ABŞ Azərbaycana edilən təcavüzə qərəzli yanaşır

Fərəc Quliyev:ABŞ Azərbaycana edilən təcavüzə qərəzli yanaşır


“ABŞ “Marşal planı” ilə Avropanın bərpa olunmasına yardım etdi. Azərbaycanın Qarabağ bölgəsi darmadağın olub, ancaq eyni şey bizə etmir. Ukraynada da müharibədə bitməyib, ora tətbiq edirlər. Ukrayna əraziləri işğala məruz qaldığı üçün Rusiyaya hər cür sanksiya tətbiq edirlər, ancaq rəsmi İrəvana qarşı fəaliyyət yoxdur. Bunlar hamısı nümunədir”.

Bu fikirləri ABŞ-nin digər münaqişələrlə bağlı siyasətilə Azərbaycanla Ermənistan arasındakı problemə fərqli münasibətini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.Fərəc Quliyev bildirib ki, ABŞ Azərbaycana edilən təcavüzə qərəzli yanaşır:


“Bizim partiya 12-14 sentyabr hadisələrindən sonra bəyanat verdi. Orada toxunmuşduq ki, ABŞ-nin səmimiliyinə o zaman inana bilərik ki, onlar başqa yerlərdə olduğu kimi davransınlar. Misal üçün, Küveytin İraq tərəfindən işğalı vaxtı təzyiq etdi ki, İraq təzminat ödəsin, Bağdad buna məcbur oldu. Azərbaycanın ərazisi işğal olunub. ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi 4 qətnaməni də tanıyıb. Belə olan halda, niyə Ermənistanın təzminat ödəməsini təmin etmir? Ermənistanın silahsızlaşdırılması məsələsi olmalı idi. Bunu da etmədilər. 4 qətnamədə göstərilir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib, ancaq onlara yardım ayırırlar. Yardım olunası nədir? Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Azərbaycan BMT-yə daxil olanda bunu qəbul ediblərsə, Qarabağa niyə ayrıca vəsait ayırırlar? O vəsait Azərbaycana ayrılmalıdır. Azərbaycan dövləti həmin pulu yönəltməlidir. Bunlar hamısı çox ciddi suallardır.

Dünya bir məsələni qəbul edirdi, ancaq gizlədirdi. Haqlı olan güclü deyilmiş, güclü olan haqlı imiş. Azərbaycan 30 il haqlı idi, o gücdə olmadığı üçün haqqını tanımırdılar. Bu gün Azərbaycan həm haqlıdır, həm də güclüdür. Ona görə də ABŞ-nin münasibətinin heç bir əhəmiyyəti yoxdur. Ərdoğanın dediyi kimi, dünya 5-dən ibarət deyil. Yəni ABŞ ölçü vahidi deyil, etalon deyil ki, onun dediyi ilə oturub-duraq. Biz doğru bildiyimizi, milli iradəmizə uyğun olanları edəcəyik. Bizim üçün ABŞ-nin və başqa dövlətlərin işıq yandırıb-yandırmamasının heç bir mənası yoxdur”.

Səxavət Məmməd/yenicag.az

Geri dön