Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Azərbaycan-Ermənistan münasibətlərinin üçüncü dövlətə heç bir aidiyyəti yoxdur
Fərəc Quliyev:Azərbaycan-Ermənistan münasibətlərinin üçüncü dövlətə heç bir aidiyyəti yoxdur |
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib.O, çıxışında Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə İranın sakit oturmayacağını bəyan edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev M.Baqirin sözügedən bəyanatı ilə bağlı "Sherg.az"a danışarkən bildirib ki, İran tərəfi belə ikrah doğuran fikirlər səsləndirməzdən öncə öz daxili problemlərini həll etməlidir: "Azərbaycan-Ermənistan münasibətlərinin üçüncü dövlətə heç bir aidiyyəti yoxdur. İranın ağlı otuz il əvvələ getməsin. Cənub qonşumuz bütün dövrlərdə Ermənistana dəstək verib, islamdan danışa-danışa özü bütün dini qaydaları pozub. Azərbaycan ərazisində ağlasığmaz dağıntılar aparıb. Rəsmi Tehran hadisələrə belə həssas yanaşırsa, otuz il öncə harda idi? Sərhədlərin dəyişilməsindən bu qədər narazıdırsa, otuz il öncə Ermənistan Azərbaycan ərazilərini işğal edəndə niyə səsini çıxarmırdı? Bunlar bir ara bizim də üzərimizə gəldilər və cavablarını alıb yerlərinə oturdular. İranın təhdidləri rəsmi Bakını qorxuda bilməz. Azərbaycanın özünün yol xəritəsi var. O, xəritəyə uyğun olaraq özünə lazım olan istədiyi addımları atacaq. Burda İranın nə düşündüyün heç bir önəmi yoxdur. İran zamanında onsuzda bizə kifayət qədər pisliklər edib. İkinci Qarabağ savaşında Gürcüstan öz ərazisindən silahların keçirilməsinə icazə vermədiyi bir vaxtda , rəsmi Tehran minlərlə silahın öz ərazisindən M2 yolu ilə Ermənistana keçirilməsini təmin edib. Bizim silahlı qüvvələr Zəngilanda onların qarşısını alıb və yubadıb. Yüzlərlə belə fakt saymaq olar. İndi İranın belə hay-küy salmağının bizə heç bir təsiri ola bilməz. Azərbaycanın istənilən dövlətə cavab vermək üçün kifayət qədər imkanları var. Dövlət başçımız da dəfələrlə qeyd edib ki, biz kiminsə hədə-qorxusuna görə öz prinsiplərimizdən əl çəkən deyilik" . Günəş Mərd/sherg.az Geri dön |