Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Yaşıllaşdırma işləri bir çox hallarda formal xarakter daşıyır
Fərəc Quliyev:Yaşıllaşdırma işləri bir çox hallarda formal xarakter daşıyır |
Son vaxtlar KİV-lərdə “hardasa ağac kəsildi və yerində hansısa obyekt, ya da bina tikildi” kimi yazılara, reportajlara çox rast gəlirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi səviyyəsində bu istiqamətdə ciddi mübarizənin aparıldığı bildirisə də, nəticə heç də ürəkaçan deyil. Cünki işbazlara bir ağacı kəsib, onun cəriməsini ödəyib, yerində bir neçə milyonluq obyekt tikmək daha optimal üsuldur. Veriləcək cəza, əldə olunacaq mənfəətin qabağı da çox kiçik olduğu üçün təbiiəti məhv edirlər.
Bu yaxınlarda sosial şəbəkədə adını şərti ifadə edən şəxsin yaşadığı məhəllədə bir ağacın kəsilməsinə və həmin hadisəni yazan adama necə təsir etməsi haqda qeydlərini oxuyub təsirlənməmək olmurdu. Həmin bağların ətrafını sökdülər, bir müddət sonra isə yanında hündür bir bina tikdilər... “Bir neçə gün öncə məhəlləmizdə daha bir ağac kəsildi. Bu isə o deməkdir ki, dünyada bir ağacın sayı azaldı. Daha da dərin düşünsək, bilərik ki, havada oksigenin miqdarında da azalma oldu. Bəli, həmin ağac kəsildi, lakin kəsilən təkcə bir taxta parçası deyildi, ən azı 60 ildir ömür sürən bir canlı idi. Onun üzərində mənim uşaqlıq xatirələrim vardı, onu əkən bağbanın əziyyəti və sevgisi vardı. Düz binamızın qarşısında bitən bu ağacın necə böyüdüyünü uşaqlıqdan bəri müşahidə etmişəm, çünki, düz pəncərəmizin qarşısında idi. Elə binamızda yaşayan qonşumuzun bağında bitən bu ağacı hər gün səhər və axşam su gələn kimi sulayan bir qoca vardı. Həmin ağacı sevgi ilə böyüdürdü sanki. Başqa bağbanlardan fərqli olaraq, bunu hansısa gəlirə görə etmirdi. Bağındakı meyvə ağacları hamıya açıq idi, qızmar zamanlarda hündür ağacların kölgələri isə, həm qonşulardan, həm də ki, yoldan keçənlər öz himayəsini əskik etmirdi. Sonra isə həmin bağların ətrafını sökdülər, bir müddət sonra isə yanında hündür bir bina tikdilər. Bunları icra edərkən neçə yaşlı və qoca ağaclar da kökündən məhv edildi, lakin hələ də o bağa çatmamışdılar. Söküntünün də məhz sonuncu mərhələsi həmin bağın yanında saxlanıldı. Buna çox sevinmişdik. Amma, bu gün bir neçə ay öncə “seçdiyimiz” bələdiyyə başçısının həmin əraziyə gözü düşüb deyəsən, gözə görsənməsin deyə müəyyən müddətdən bir gəlib yaşlı ağaclardan birini yerə aşırdır”. Simvolik olaraq ağacları göstəriş üçün əkib, sonra çıxarıb aparıblar Bakıda 3 milyondan çox insan məskunlaşıb, 100 mindən artıq avtomobil var. Avtomobillərin çoxu bərbad gündədir və şəhərin havasını qazlarla çirkləndirir. Belə vəziyyətdə yaşıllıqlara ciddi ehtiyac var. Dünyanın müxtəlif şəhərlərinə gedəndə tamam fərqli mənzərə ilə rastlaşırsan, meşənin içərisində şəhər görürsən. Bizə gələndə, çox təəssüf ki, fərqli mənzərə ilə qarşılaşırıq. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, bu sahədə nəticə əldə etmək üçün qanunlar sərtləşməlidir: “Düşünürəm ki, cəzalar daha da sərtləşdirilməlidir. Mən parlamentdə olanda Yasamalda 50 ağac kəsmişdilər. Məsələni parlamentdə qaldırdım. Bir neçə deputat və icra başçısı məndən xahiş elədi ki, bu məsələnin üzərinə çox getmə. Ancaq məsələni qaldırdım, təəssüf ki, onu edənlərə heç bir cəza verilmədi. Bəzən deyirlər ki, qurumların ağac kəsilməsindən xəbəri yoxdur. Bu, yalandır. İcazəsiz heç kim ağac kəsə bilməz. Kim mülk tikirsə, obyekt düzəldirsə, bu, mütləq kiminləsə rüşvət qarşılığında razılaşdırılır. Bu heç kimdən gizli deyil. Ona görə də hesab edirəm ki, razılıq verənin özü də ağır cəza almalıdır. Hadisə ilə bağlı bələdiyyəni 5 min manat cərimə ediblər. Nə mənası var? Düşünürəm ki, 5 min manat simvolik cəzadır və təkcə bələdiyyə günahkar ola bilməz”. Partiya sədrinin sözlərinə görə, yaşıllaşdırma işləri bir çox hallarda formal xarakter daşıyır: “Prezident və ya başqa rəhbər şəxslər hansısa bir rayona gedəndə ağac əkirlər. Ancaq o rəhbər şəxslər gedəndən sonra o ağaclara baxan olmur. Hətta məndə olan məlumata görə, simvolik olaraq ağacları göstəriş üçün əkib, sonra çıxarıb aparıblar. Belə hallar da mövcuddur. Bu, anormal yanaşmadır. Azərbaycanda şəhərsalma mədəniyyətinə yenidən baxış salmaq lazımdır. Zamanında elə işlər görüblər ki, geriyə addım atmağa yer qoyulmayıb. Harada boş yer görüblər, ağacları kəsib binalar tikiblər. Bütün məhəllələrdə kiçik də olsa, uşaqların oyun meydançası, ağaclar var idi. Hamısını məhv edib bina tikdilər. Bunlar hamısı şəhərin yüklənməsi anlamına gəlir. Dəfələrlə bu məsələni parlamentdə də qaldırmışam. Şəhərin altı dağılır. Şəhərin içərisini yükləməkdənsə, mikrrorayonlar salmaq lazım idi. Hər şeyə pul kimi baxmazlar”. Çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır Çox təəssüflər olsun ki, həm adının çəkilməsini istəməyən müəllifin , həm də partiya sədri Fərəc Quıiyevin dedikləri acı həqiqətdir və belə faktları minlərlə çəkmək olar. Ekoloqlar həyəcan təbili çalır ki, paytaxtda harada gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə, dibinə kislota və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə problem həll olunmaz. O ərazidə obyekt tikən şəxs oradan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edilir ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu "yaşıl terror”un qarşısını almaq mümkün olar. Bölgələrdə də vəziyyət ürəkaçan deyil. Meşələrdə heyvanların otarılması zamanı təbiətə ciddi zərər dəyir. Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa tezliklə olan-qalan meşələr də yoxa çıxacaq. Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur. Geri dön |