Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ən mühüm amillərdən biri Rusiyanın itirəcəyi Ermənistanı Çinin qazanmaq istəməsidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ən mühüm amillərdən biri Rusiyanın itirəcəyi Ermənistanı Çinin qazanmaq istəməsidir”

Fərəc Quliyev: “Ən mühüm amillərdən biri Rusiyanın itirəcəyi Ermənistanı Çinin qazanmaq istəməsidir”


Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir ki, baş nazir Nikol Paşinyan Çin Xalq Respublikasının sədri Si Tsinpinə ÇXR-in yaradılmasının 73-cü ildönümü münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

“Zati-aliləri,

Sizi və dost Çin xalqını Çin Xalq Respublikasının yaranmasının 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyiniz altında Çin siyasi və sosial-iqtisadi tərəqqi yolunda, eləcə də ölkənizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi istiqamətində yüksək addımlar atıb. Çin kimi etibarlı tərəfdaşla həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da inkişafı və əməkdaşlığın genişləndirilməsi Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.

İki dost xalqın rifahı naminə ölkələrimiz arasında qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün birgə səyləri davam etdirməyə hazır olduğumu bir daha təsdiq edirəm.

Fürsətdən istifadə edərək, Çin Xalq Respublikası Kommunist Partiyasının qarşıdan gələn 20-ci qurultayına uğurlar arzulamaq və əminliklə vurğulamaq istərdim ki, bu qurultay Çinin və Çin xalqının nailiyyətlərinin və uğurlarının qiymətləndirilməsində təməl daşı olacaq.

Zati-alinizə möhkəm cansağlığı və səmərəli fəaliyyət, dost Çin xalqına isə uzunmüddətli firavanlıq və əmin-amanlıq arzulayıram”.

Maraqlıdır ki, Çinlə Ermənistanın yaxın münasibəti yalnız bu məktubda əks edilmir.

Bugünlərdə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycanın maraqları ilə qətiyyən uzlaşmayan mövqe bildirib.

O deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması “Dağlıq Qarabağ probleminin” nizamlanmasından ayrı ola bilməz: “Çin tərəfləri məsələni hərbi deyil, dialoq yolu ilə həll etməyə çağırır. Bir daha qeyd edirik ki, bütün bu məsələlərin həllini Qarabağ problemindən kənarda nəzərdən keçirmək olmaz”.

Qeyd edək ki, Ermənistanda Çin səfirliyi üçün 40 hektarlıq sahə ayrılıb. Bu, Çin Xalq Respublikasının Avrasiya məkanında Rusiyadan sonra ikinci ən iri səfirlik binasıdır. Bu cür geniş səfirliyin olmasını təhlilçilər Çin dövlətinin bu bölgəyə daha böyük əhəmiyyət verməsi və ticarət əlaqələrində maraqlı olması ilə bağlayır. Bu isə region ölkələrilə, xüsusilə də Rusiya ilə rəqabət deməkdir.

Rəsmi Pekinin bu yaxınlara atdığı başqa bir addımı da diqqəti cəlb etdi. ABŞ, Aİ, İran və Rusiya səfirlərindən sonra Çin səfiri də Zəngəzura səfər edib. Bildirilib ki, səfərin məqsədi Çin və Zəngəzur regionu arasında əməkdaşlığı müzakirə etməkdir. Fan Yonq Ermənistan-Çin ticarət-iqtisadi əlaqələri kontekstində bölgənin əhəmiyyətini vurğulayaraq, ölkəsinin investorlarını Zəngəzura yönəltməyə hazır olduğunu bəyan edib. Bəzi təhlilçilər Çinin bu cür addımlarını həm də onun daxilində olan uyğur problemi ilə əlaqələndirirlər. Çinin daxilindəki bu türk toplumuna olan təzyiqləri Türkiyə açıq şəkildə pisləyir, Pekindən ədalətli davranış tələb edir. Çin bilir ki, Ermənistanın Türkiyə ilə tarixi düşmənçiliyi var. Bizi də Türkiyə ilə bütöv gördüyü üçün, Ermənistana verdiyi açıq dəstəklə uyğur məsələsindəki təzyiqləri neytrallaşdırır. Maraqlıdır, Çin-Ermənistan yaxınlaşmasının kökü təkcə uyğur məsələsindən qaynaqlanır, yoxsa burada başqa detallar da var?

Milli Dirçəliş Hırəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Çinin Ermənistana meyl etməsi yalnız uyğur məsələsinə görə deyil: “Hazırda yeni dünya düzənində daşlar yerindən oynayıb. Buna görə də, Ermənistan özünü bazara çıxarıb. Bizim bölgə kilid olan regionlardan biridir. Türkiyə Ermınistanı qazanmaq istəyir. Əslində Türkiyənin xətti Rusiyanın itirdiklərini yığmaqdır. Qərb və ABŞ-ın Türkiyə ilə gərgin olan münasibətinin dərin qatında bu amil durur. Onlar çalışır ki, Rusiyanın itirdiklərini Türkiyə yığa bilməsin. Türkiyə yeni bloklaşmada liderdi. Bu bölgəyə də nəzarəti götürə bilər. Bura da dünyanın qəlbi sayılır. Buradan üç strateji yol keçir. Orta İpək Yolu Ermənistan üzərindən açıq olacaq. Zəngəzur dəhlizinə Çinin meyl etməsi buna bağlıdır. ABŞ və digərləri bu yolun olmasını Çinin iqtisadi inkişafının qarşısını almaq üçün istəmirlər. Burada rəqabət həm yol üzərində gedir, həm uyğur məsələsinə görə Türkiyəyə pressinq olunur. Ən mühüm amillərdən biri Rusiyanın itirəcəyi Ermənistanı Çinin qazanmaq istəməsidir. Biz şahidi olduq ki, Çin Qazaxıstan məsələlərində də aktivlik göstərdi. Çalışdı ki, Rusiya Qazaxıstandan çıxsın. Çünki həmin ölkədə həm siyasi, həm də iqtisadi maraqları vardı. Şərq üçbucağı deyilən ölkələr: Rusiya-İran-Çin ortaq davranırlar. Hazırda qismən də olsa Hindistan bu ölkələrə qoşulub. Onlar peyk dövlətləri ilə yaxın əlaqələr qurmaqda maraqlıdırlar. Ermənistan, Çinin olmasa da, Rusiyanın peyk dövlətidir. Hazırda Rusiyanın vəziyyəti çox kritik olduğuna görə, Çin bundan istifadə etməyə can atır. Çalışır ki, xüsusilə də Türkiyə və Azərbaycana qarşı maşa rolunda olan Ermənistan məhz onun əlində olsun. Çin, ABŞ-dan fərqli olaraq, ölkələri hərbi bazalarla deyil, bazarlarla ələ keçirmək istəyir. Bu da onun Ermənistanla daimi müttəfiq olmasına imkan vermir. Çünki Ermənistanın belə iqtisadi potensialı yoxdur. Çin bu aspektdə məcburdur ki, Azərbaycan və Türkiyə ilə ortaq davransın”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön