Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb

“Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsi hazırlanıb


Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Türk Dünyası Sığorta Birliyi”nin Yol Xəritəsini hazırlayıb.

Yol Xəritəsində Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib.

Sənəddə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.

ASA-nın məlumatında qeyd olunur ki, bu ilin oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında “zoom-görüş” keçiriləcək və hazırlanan Yol Xəritəsi müzakirəyə çıxarılacaq. Müvafiq toplantıda, həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək.

Qeyd edək ki, “Türk Dünyası Sığorta Birliyi” bu il mayın 24-ü Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis olunub.

Geri dön