Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Fransadakı erməni diasporunun artan təhlükəsi
Fransadakı erməni diasporunun artan təhlükəsi |
Sentyabr ayında erməni millətçiləri Azərbaycanın Fransadakı diplomatik xidmətinə qarşı terror xarakterli hücumlar etdilər. Erməni diasporunun nümayəndələrinin Azərbaycan səfirliyinə və onun Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı 3 ciddi insident baş verdi. Ümumiyyətlə, erməni diasporunun üstünlük təşkil etdiyi ölkələrdə onun nümayəndələrinin Azərbaycanın diplomatik korpusuna qarşı daimi təhdidləri bu korpusun yerləşdiyi ölkələrin hökumətləri tərəfindən laqeydliklə qarşılandığı üçün yeni hücumlar təhlükəsi hələ də qalmaqdadır.
Parisdə Azərbaycanın diplomatik korpusuna qarşı davamlı təhdidlər, vandalizm və fiziki zorakılıq aktları Azərbaycan-Fransa münasibətlərinin gələcəyi, eləcə də Ermənistanla ölkəmiz arasında sülh üçün ciddi problem yaradır. Azərbaycan və Ermənistan hökumətləri hazırda sülh sazişi imzalamaq üçün yollar tapmağa çalışdıqları bir vaxtda Şarjum (Charjoum), Fra Nor Serund (Fra Nor Seround) və CCAF kimi erməni ekstremist millətçi qruplarının üzvləri təkcə Azərbaycanın diplomatik missiyalarına deyil, həm də 2021-ci ilin iyununda Parisə səfəri zamanı Ermənistanın baş nazirinin kortejinə hücum ediblər. Bu millətçi ekstremist qruplar hər vəchlə iki ölkənin sülh səylərinə dəfələrlə zərbə vurub və vurmaqda davam edirlər. Erməni millətçi diasporunun radikallaşmasının arxasında uzun müddət Azərbaycana, eləcə də Fransada yaşayan azərbaycanlılara qarşı təzyiqləri müdafiə edən eyni fiqurlar dayanır. Hücumların arxasındakı əsl təşkilatçılar gizlədilsə də, erməni millətçi hərəkatının iki lideri - Frank Papazyan və Ara Toranyan böyük ehtimalla Azərbaycan səfirliyinə, bir neçə həftə sonra səfirliyin Mədəniyyət Mərkəzinə və yenidən səfirliyin binasına şiddətli hücumları, səfirlik binalarına qarşı vandalizm aktlarını təbliğ edib və dəstəkləyiblər. Buna baxmayaraq, vəkil Edmond Verdye tərəfindən təmsil olunan Lexlor hüquq şirkəti bu yaxınlarda təsdiqlədi ki, səfirliyə hücum edən və fiziki güc tətbiq edərək binaya daxil olmağa cəhd göstərən bir neçə nəfər Fransa polisi tərəfindən həbs edilib. Polis tərəfindən sorğu-sual edilərək onların şəxsiyyətləri müəyyənləşdirilib. Erməni ekstremistlərinin silsilə hücumlarından sonra səfirlik polis tərəfindən artıq mühafizə olunur. Qeyd etmək lazımdır ki, bu hücumların iştirakçıları arasında əlaqə var. Onların bir neçəsi davamlı olaraq Azərbaycanın Fransadakı diplomatik nümayəndəliyinin əməkdaşlarına qarşı vandalizm və zorakılıq aktlarında iştirak ediblər. Bu zorakılıq və vandalizm aktlarında xüsusilə Fra Nor Serundun aqressiv üzvlərinin dəfələrlə belə hücumlarda olduğu müəyyən edilib. Bütün bunlar bu erməni millətçi qrupunun nə qədər təhlükəli olmasından xəbər verir. Geri dön |