Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Ermənilər Şərqi Azərbaycan vilayətinin adının dəyişdirilməsini təklif edir
Ermənilər Şərqi Azərbaycan vilayətinin adının dəyişdirilməsini təklif edir |
Ermənistanın İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının dosenti Vardan Voskanyan keçirdiyi mətbuat konfransında iddia edib ki, guya İranın Şərqi Azərbaycan vilayətində yaşayan əhali dövlətdən vilayətin adının dəyişdirilməsini tələb edir.
V.Voskanyan Şərqi Azərbaycan vilayətində yaşayan əhalinin böyük əksəriyyətinin vilayətin adından Azərbaycan sözünün götürülməsi üçün aidiyyəti dövlət qurumuna müraciət etdiyini deyib: “Hazırkı Şərqi Azərbaycan vilayətinin ərazisi bir vaxtlar Qafqaz Albaniyası adlanırdı və tarixən bu yerlər heç zaman Azərbaycan adını daşımayıb. Lakin siyasi proseslər nəticəsində İranın bu vilayətinin adına “Azərbaycan” sözü əlavə edilib. Bəzən yanlış fikirlər səslənir ki, guya İranda yaşayan türkdilli vətəndaşlar hökumət tərəfindən təzyiqlərə məruz qalırlar. Bu deyilənlər əsassızdır və həqiqəti əks etdirmir”. Şərqi Azərbaycanın Təbriz, Miyana, Əhər və Mərənd şəhərlərində yaşayan soydaşlarımızdan daxil olan məlumata görə, belə bir müraciətdən xəbərsizdirlər: “Vilayətin adının dəyişdirilməsi ilə bağlı müraciət edilməsini ilk dəfədir eşidirik. Hər halda, belə bir müraciət olsaydı, əhali arasında da yayılardı. Bu ərazilər tarixən də Azərbaycan adını daşıyıb. Biz ikinci bir ad bilməmişik. Öncədən bütün bu ərazilər İranda sadəcə Azərbaycan vilayəti olaraq tanınırdı. Həmədan, Qəzvin və Zəncanı, sonra isə Ərdəbili arıraraq, onlara vilayət adı verildi. Nəticədə Şərqi və Qərbi Azərbaycan adı ortaya çıxdı. Azərbaycan vilayətində Azərbaycan adına etiraz edilməsi yalan və gülüncdür”. Geri dön |