Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DSMF-nin xərcləri 230 milyon manat artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > DSMF-nin xərcləri 230 milyon manat artıb

DSMF-nin xərcləri 230 milyon manat artıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 2,8 faiz və ya 116 mln. manat çox olmaqla 4 mlrd. 237 mln. manat təşkil edib.

Nazirlikdən verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-sentyabr aylarında proqnoza nisbətən 3,6 faiz və ya 114 mln. manat artaraq 3 mlrd. 302 mln. manat olub.
DSMF-nin xərcləri isə 3 mlrd. 893 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz və ya 230 mln. manat çoxdur.


Geri dön