Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tədarük məntəqələrinə indiyədək 127 min tona yaxın pambıq təhvil verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Tədarük məntəqələrinə indiyədək 127 min tona yaxın pambıq təhvil verilib

Tədarük məntəqələrinə indiyədək 127 min tona yaxın pambıq təhvil verilib


Respublikada pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir. Bu günədək sahələrdən kondisiya çəkidə 127 min tona yaxın pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində bildiriblər ki, məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub. Bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.

Bu il Salyan rayonunda 9 min hektardan artıq sahədə pambıq əkilib. Artıq defolyasiya prosesi başa çatmış sahələrdə kütləvi yığım gedir. Fermerlər bu günədək sahələrdən 11 min tona yaxın məhsul yığaraq tədarük məntəqələrinə təhvil veriblər.

Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımı davam edir. Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Geri dön