Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Türk dünyası-Turan > Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adına salınan parkın açılışı olub
Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adına salınan parkın açılışı olub |
Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü rəsmi şəxslərin, beynəlxalq təşkilat nümayəndələrinin, yerli ictimaiyyətin tanınmış simalarının iştirakı ilə adıçəkilən parkın açılışı olub. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Qəhrəman İbad Hüseynlinin şücaətli döyüş yolu barədə geniş məlumat verilib. Adana Böyükşəhər bələdiyyəsinin sədri Zeydan Karaların, Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çətinin və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin çıxışları dinlənilib. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən belə təmtəraqlar haqqında əsla düşünmədiklərini, silahdaşlarının böyük ruh yüksəkliyi ilə silaha sarıldıqlarını diqqətə çatdıran İbad Hüseynli bildirib ki, qəhrəman Ordumuzun İkinci Qarabağ müharibəsində rəşadətli Zəfər qazanması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi qərarı və mətin iradəsi, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə xalqının Azərbaycanın yanında olması sayəsində gerçəyə çevrilib. Qəhrəman qeyd edib ki, ömrünün sonunadək Azərbaycanın müdafiəsi yolunda öndə getməyə hazırdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ali mükafatları ilə təltif edildiyinə görə İbad Hüseynlinin xoşbəxt olduğunu diqqətə çatdıran Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çetin bildirib ki, Milli Qəhrəmanımızın adına salınan park və orada ucaldılan abidə Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə böyük töhfə olaraq tarixdə qalacaq. Çıxışlarda ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələri xatırladılıb. Qeyd olunub ki, hər iki müdrik kəlam məhz uğurla davam etdirilən düzgün siyasət nəticəsində Azərbaycan-Türkiyə qardaşlığını qoruyan həyat gerçəyinə çevrilib. Çıxışlarda, həmçinin iki il əvvəl baş verən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Böyük Zəfərin qazanılmasında canlarını fəda edən şəhid və qazilərimizə sonsuz ehtiramlar ifadə edilib. Böyük coşqu ilə gerçəkləşən açılışda Vətənimizin gözəlliyinə və Qarabağa həsr olunan musiqilər səsləndirilib. Qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasının birliyini tərənnüm edən İbad Hüseynli Parkı Adananın ən səfalı məkanlarından birində yer alır. Parkda bütün türk dövlətlərinin bayraqları sıra ilə dalğalanır. Yan tərəfdə isə uşaqların istirahət və əyləncəsi üçün bölmə yaradılıb. Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynlinin ən böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunmuşdur. Sabir Şahtaxtı Geri dön |