Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Şahmatçımız erməni rəqibini məğlub edib
Şahmatçımız erməni rəqibini məğlub edib |
İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir.
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva IX tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan 19 yaşlı qrosmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən G.Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə edib. O, hazırda 6,5 xalla 6-cı pillədə qərarlaşıb. Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq. Geri dön |