Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İcmal büdcənin profisiti 2 dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İcmal büdcənin profisiti 2 dəfə artıb

İcmal büdcənin profisiti 2 dəfə artıb


2022-ci ilin doqquz ayı ərzində icmal büdcənin gəlirləri 29719,8 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6698,4 milyon manat (29,1 faiz), xərcləri isə 22569,6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3107,2 milyon manat (16,0 faiz) çox icra olunub.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, cari ilin doqquz ayı ərzində icmal büdcədə 7150,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3591,2 milyon manat və ya 2,0 dəfə çoxdur.

Geri dön