Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Pakistan vətəndaşlarına viza rüsumunun müəyyənləşdirilməsi qaydası məlum olub
Pakistan vətəndaşlarına viza rüsumunun müəyyənləşdirilməsi qaydası məlum olub |
Nazirlər Kabineti “Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı”nda dəyişiklik edib.
Bu siyahıya Pakistan İslam Respublikası əlavə olunub. Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistan İslam Respublikasının əlavə edilməsi məqsədəuyğun hesab olunub. Bu Qərar Pakistan İslam Respublikası vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir. Geri dön |