Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, İdman > Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir

Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir


İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.
Qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb. Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb. Çempionluğu təmin edən Gövhər Beydullayeva üçün görüş formal xarakter daşıyıb.

Azərbaycan təmsilçisi Ləman Hacıyeva son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Kişilərin yarışında da son tur oynanılıb. Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.

Azərbaycan şahmatı tarixində ilk dəfə bir dünya çempionatında iki qızıl medal ölkəmizə gəlir.

Geri dön