Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda prezident seçkisi: "dini" liderin adamları koalisiya yaratdılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda prezident seçkisi: "dini" liderin adamları koalisiya yaratdılar

İranda prezident seçkisi: "dini" liderin adamları koalisiya yaratdılar


İranda prezident seçkisi: dini liderin adamları koalisiya yaratdılar

Bu ilin iyun ayında İran "İslam" Respublikasında prezident seçkisi keçiriləcək. Artıq iki müddətə prezident postunda çalışan Mahmud Əhmədinejad tutduğu postu tərk edəcək. Seçki ərəfəsində müzakirə olunan əsas məsələlərdən biri ölkənin dini lideri ayətullah Əli Xamneyiyə yaxın çevrənin – mühafizəkar qanadın hansı siyasətçinin namizədliyi üzərində dayanacağıdır.

Adı hakim mühafizəkarlar qanadının namizədi kimi hallanan üç əsas şəxs var: dini liderin baş müşaviri və onun qudası Qulaməli Həddad Adil, dini liderin beynəlxalq işlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf.

Adıçəkilən bu üç şəxs artıq koalisiya yaradıb. Yanvarın 15-də onlar yaratdıqları seçki koalisiyası qərargahına rəhbər təyin ediblər.

“Seçki koalisiya qərargahı” adlandırılan qurumun rəhbəri İran parlamentinin deputatı Hüseyn Müzəffər olub.

Güman olunur ki, qarşıdan gələn prezident seçkisində bu koalisiyanı yaratmış şəxslərdən biri mühafizəkarların vahid namizədi olacaq. Vahid namizəd müəyyənləşəcəyi halda da Hüseyn Müzəffərin həmin namizədin seçki qərargahına rəhbərlik edəcəyi deyilir.

Geri dön