Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan nefti bahalaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 97,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,94 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,95 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 95,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.

Geri dön