Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Bu, Ermənistanı tamamilə yeni bir revanş imkanlarına təhrikdir, yeni müharibə təhdididir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bu, Ermənistanı tamamilə yeni bir revanş imkanlarına təhrikdir, yeni müharibə təhdididir

Fərəc Quliyev:Bu, Ermənistanı tamamilə yeni bir revanş imkanlarına təhrikdir, yeni müharibə təhdididir


“Valday” diskussiya klubunda çıxışı zamanı Rusiya lideri Vladimir Putin erməni politoloq Aleksandr İsgəndəryanın sualına cavab olaraq deyib ki, onlar sülh nizamlanmasına kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyir:

“O ki qaldı hansı variantı seçməyə (sülhün “Vaşinqton”, yoxsa “Moskva variantı”), – bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir. İstənilən halda, hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.

Amma biz heç nəyə məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diqtə edə bilmərik və niyyətimiz də yoxdur. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır... Necə deyirsiniz, “Vaşinqton variantı”, başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan belə hesab edirsə, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir.

Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”.

Qeyd edək ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün "Vaşinqton" və "Moskva" variantları olduğunu, guya Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər.

Göründüyü kimi, Putin sanki Ermənistana “topu qapıya vurmaq” üçün şərait yaradır. Həm “Vaşinqton variantını” bəyan etməklə, onun Ermənistan üçün məqbul olmadığını deyir, həm də özü üçün məqbul olanı ermənilərin nəzərinə çatdırır. Deyir ki, Qarabağın özünəməxsus xsüsiyyətləri var ki, onlar gələcək sülh sazişində mütləq nəzərə alınmalıdır. Demək istəyir ki, ya Qarabağla bağlı sənədə nəsə salınsın, ya da bu məsələnin müzakirəsi gələcəyə saxlanılsın. Bu variant bizim üçün məqbul deyil. Çünki bizim Prezident dedi ki, sülh müqavilısinə Qarabağla bağlı heç nə salınmayacaq. Belə olan təqdirdə Putinin bu açıqlamasından hansı qənaətə gəlmək olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putin Azərbaycanın marağına uyğun olmayan bir mövqe ortaya qoyur: “Deyir ki, ABŞ-ın verdiyi təklif normaldır, biz qəbul edirik, əgər Ermənistan da bunu qəbul eləsə. İşarə edir ki, ermənilər etiraz etsin. Onların da əlində prosesi pozmaq üçün imkanlar olsun. Sonra deyir ki, Ermənistan Qarabağın taleyində iştirakını zəruri sayacaqsa, onunla yenə razılaşacaqlar. Bununla da işarə edir ki, daxildə etirazlarını etsinlər, Qarabağda fəallaşsınlar, sülh sazişinə getməsinlər və indiki status-kvo ilə razılaşmasınlar. Bu, Ermənistanı tamamilə yeni bir revanş imkanlarına təhrikdir, yeni müharibə təhdididir. Putin özünün də imzası olan 10 Noyabr Bəyanatını tapdamış olur. Çünki orada göstərmişdi ki, sülhməramlılar Qarabağa girəndən sonra ordakı erməni silahlıları çıxacaq. Bundan başqa, Azərbaycanla Rusiya arasında imzalanan ikitərəfli müqavilədə göstərilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Rusiya həm də Azərbaycan BMT-yə daxil olanda onun ərazi bütövlüyünü tanıyıb. Belə bir vəziyyətdə Putinin Ermənistandan hansısa başqa forma gözləməsi absurddur. Bu, birbaşa Ermənistanın bizə qarşı olan ərazi iddialarına dəstək verməkdir. Buna görə də, Rusiya ilə bağlı xarici siyasət kursumuzda ciddi redaktələr etməliyik. Ermənistan tam fərqli davranış ortaya qoyacaq. Putin ehtiyat edir ki, Fransa silahlı qüvvələri sülhməramlı adı ilə Ermənistana daxil olarsa, onun mövqeyinə ciddi zərbə dəymiş olar. Bununla işarə elədi ki, yerindədir və Ermənistanın arxasında durmağa hazırdır. Bundan sonra Ermənistanın təxribatlarının artacağı gözlənilir. Onlar sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışacaqlar. Azərbaycan öz müttəfiqlərini, xüsusilə də Qərbi və ABŞ-ı ayıtmalıdır ki, Ermənistana ciddi şəkildə təzyiqlər etsinlər. Əks təqdirdə, hansısa sülh sazişindən söhbət belə gedə bilməz”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön