Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başlayıb
İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başlayıb |
Oktyabrın 30-da İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başlayıb.
Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, tibb universitetlərinin rəhbərləri, müxtəlif ölkələrdən xüsusi olaraq dəvət olunmuş elm adamları iştirak edirlər. Konqresdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Konqresin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusunda panel sessiyalar keçirilib. Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb. Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu nəticələr barədə məlumat verib. R.İsmayılov çıxışının davamında koronavirus pandemiyasının istehsalçı və istehlakçı davranışına əhəmiyyətli dərəcədə təsiri, mövcud vəziyyətdə təchizat zəncirlərinin fasiləsiz işləməsi üçün yeni yanaşmaların və alətlərin vacibliyini vurğulayıb. Bildirilib ki, bir çox ekspertlər və bazar iştirakçılarının qənaətinə əsasən, tədarük zəncirlərinin yenidən qurulması üçün əsas yanaşmalardan biri “xəritələmə” - təchizat zəncirinin xəritələnməsi, yəni bütün təchizat zəncirinin vizuallaşdırılması olmalıdır: “Təchizat zəncirlərinin “xəritələnməsi” təchizatçıları, paylama mərkəzlərini, nəqliyyat marşrutlarını və əsas bazarların coğrafi yerini sistematik şəkildə qiymətləndirməyə imkan verir. Təchizatçıların seçimini apararkən diqqəti xərcləri minimuma endirmək deyil, riskləri minimuma endirməyə yönəltmək lazımdır”. Rasim İsmayılov, həmçinin iştirakçılara Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və investisiya imkanları barədə məlumat verib. Panel sessiyada Qazaxıstan Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və inteqrasiya departamentinin direktoru Gülnara Muxanova, Özbəkistan Səhiyyə Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma Baş İdarəsinin rəis müavini Dilmurod Asatullayev, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyinin (TİTCK) sədr müavini Sevil Azak Sunqur və digərləri təqdimatlarla çıxış ediblər. Sonra türkiyəli professorların moderatorluğu ilə “Səhiyyədə rəqəmsal transformasiya və süni intellect” mövzusunda panel sessiya keçirilib. Sessiyada məruzə ilə çıxış edən Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov rəqəmsallaşmanın səhiyyənin effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyini tərəfindən “2023-2027-ci illər üçün Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanıb. Qeyd olunub ki, rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının əsas məqsədləri azad edilən ərazilər də daxil olmaqla, ölkənin bütün ərazisində vətəndaşların tibbi xidmətlərin keyfiyyətindən məmnunluğunu və göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına birbaşa cəlb olunmasının təmin edilməsi, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılmasıdır. Eyni zamanda, sənəddə müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması və digər məsələlər əks olunub. Sessiyada Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrin səhiyyə üzrə nümayəndələri təqdimatlarla çıxış ediblər. Sessiyada çıxış edən Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları nadir irsi xəstəliklər haqqında məlumat verib, bu xəstəliklərdən əziyyət çəkənlərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün atılacaq addımların vacibliyi vurğulanıb. Tədbir “Pandemiya və Peyvənd”, “Tədqiqat və İnkişaf” (Research and Development, R&D), “Xərçəng”, “Beynəlxalq əlaqələrdə səhiyyənin rolu” və digər mövzularda panel iclaslarla davam edib. Daha sonra Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev, eləcə də Qazaxıstan, Özbəkistan nümayəndələri iştirakçıların suallarını cavablandırıblar. Konqres çərçivəsində “Türk dünyası səhiyyə biznes sərgisi” açılıb. Qeyd edək ki, oktyabrın 31-də TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası keçiriləcək. Görüşdə səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və gündəmdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq. Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək. Sonda dünyaşöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın adını daşıyan mükafatın təltifetmə mərasimi keçiriləcək. Azərbaycan səhiyyə naziri Teymur Musayevin konqresdə çıxışı, təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, həmçinin qardaş Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşləri nəzərdə tutulur. Qeyd edək ki, 2021-ci il noyabrın 12-də İstanbulda TDT-nın “Rəqəmsal əsrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda VIII Zirvə Görüşü keçirilib. Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edilib və dövlət başçıları Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini imzalayıblar. Sənəddə, həmçinin TDT-yə üzv və müşahidəçi statusunda olan dövlətlərin səhiyyə nazirləri və alimlərinin iştirakı ilə hər il oktyabr ayında “Türk Dünyası Tibb Konqresi” keçirilməsi qeyd edilib. Günel Məlikova Geri dön |