Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > ASİMDER rəhbəri Göksel Gulbeydən Yeni Musavat qəzetinə sərt açıqlama…
ASİMDER rəhbəri Göksel Gulbeydən Yeni Musavat qəzetinə sərt açıqlama… |
Yeni Musavat qəzetində ASİMDER rəhbəri Göksel Gulbeylə bağlı çap edilən yazı ilə əlaqədar Qazeta Analitik İnformasiya Mərkəzinə İğdırdan sərt açıqlama məktubu daxil olub. Davam.az həmin məktubu təqdim edir.
ASİM-DER in keçmişdə kürd əsilli başçısı olmamışdır. Məndən əvvəlki rəhbər Avukat Cafer ZOR dur, azeri türküdür. Yeni Musavat qəzetindəki kürd əsilli şəxs yaqin ki, mən nəzərdə tutuluram. Mənim atam Azərbaycan Türkü, anam isə kürd əsillidir. Gülər Əhmədova ilə görüşlərimiz 2010-cu ildə Beynəlxalq Diaspora sədri İsmayıl Ağayev və bir qrup azərbaycanlı jurnalistin İğdıra gəlməsi zamanı baş tutmuşdur. İğdırda otel yığıncaq salonunda vətəndaş təşkilatlarının başçıları ilə birlikdə Azərbaycan millət vəkili ilə toplantımız olmuşdur. Sonra da mən 2011-ci ildə ilk dəfə çox sevdiyim Bakıya şəhərinə gəldim. Burada bizi Milli Məclisə dəvət etdilər və mətbuat şərhləri oldu, Gülər Əhmədova ilə əlaqəmiz təkcə bu qədər olub. Yeni Musavat qəzetinin çap etdiyi yazı mənə qəsd etmək deməkdir. Mənim bu qədər Ermənistan və ASALA haqqında etdiyim iş qarşısında Ermənistana girməmə icazə verilə bilərmi? Ermənistan prezidenti qatil Serj Sarkisyanı şikayət etdim, Xocalıdaki qırğının məsulu deyə cəzalanmasını istədim, Ramil Səfərov üçün Macarıstanın Ankaradakı səfirliyi qarşısında yığıncaq aksiya təşkil etdim, Türkiyə, Azərbaycan və Avropada Ramil Səfərovun sərbəst buraxılması üçün imza kampaniyası etdik və Ramil Səfərov sərbəst qaldıqdan sonra Macarıstan səfirliyindən cavab məktubları aldıq. Bu qədər işdən sonra mənim Ermənistana girəbiləcəyim absurddur. Türkiyədəki təhlükəsizlik gücləri məni səsləyib Göksel bəy ermənilərin siyahısında iştirak edirsiniz. Pul belə başınıza qoya bilərlər diqqətli olun deyirlər. Gülər Əhmədova ilə heç bir razılaşma imzalamadıq, bu heç cür isbat oluna bilməz. Gülər Əhmədova ilə iki dəfə görüşüm olub, biri İğdırda yığıncaqda, digəri isə Bakıda, qondarma erməni məsələsi ilə bağlı. İğdırda Gülər Əhmədova MHP başçısı ilə də yemək yeyib və görüşləri olub, belə çıxır ki, onunla da iş müqaviləsi bağlayıb, biznesi var? İndi mən Qənirə Paşayeva və Azay Guliyev ilə də Bakıda yemək yemişəm, yığıncaqda olmuşam, onlarla da iş birliyim var? Mənim tək amalım var, Azərbaycanı sevmək. Çünki hər şeyimi Azərbaycan məsələsinə və Azərbaycan torpaqlarının işğal edilməsini dünyaya izah etməyə sərf etmişəm. Amma Yeni Musavat qəzeti olaraq, özlərini vətənsevər və milliyyətçi adlandıran jurnalistlər məni Qarabağdaki qatil ermənilərlə bərabər tutursa daha buna sözüm yoxdur. Müsavat qəzetinin işçiləri İğdıra gəlib buradakı erməni diasporuna yaxın olan kəslərlə söhbət etmişlər. Bu kəslər bizim ermənilər qarşısında fəaliyyət göstərməyimizi narahatçılıqla qarşılayırlar. İğdırda keçmişdən qalan və hələ də yaşayan erməni ailələri var, amma assimilyasiya olmuş azeriyik deyirlər. Yeni Musavatda dərc edilən bu yazını qınayır və müxbirin belə şəxslərlə görüşünü erməni diasporuna bilmədən xidmət etməsi kimi dəyərləndirirəm. Göksel Gulbey Geri dön |