Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Prezident açıq mətnlə dedi ki, heç kimə arxalanma, lazım gələrsə, sən cəzalanacaqsan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Prezident açıq mətnlə dedi ki, heç kimə arxalanma, lazım gələrsə, sən cəzalanacaqsan

Fərəc Quliyev:Prezident açıq mətnlə dedi ki, heç kimə arxalanma, lazım gələrsə, sən cəzalanacaqsan


“Ölkə prezidenti kifayət qədər açıq mətnlə çıxış etdi. Həm Ermənistanın özünə, həm də onun havadarlarına bildirdi ki, beynəlxalq qaydalara əməl etmək, götürülən öhdəlikləri yerinə yetirmək lazımdır. Azərbaycan sülh axtarışındadır və buna mane olmamaq lazımdır”.

Bunu Redaktor.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı Ermənistana etdiyi xəbərdarlığı şərh edərkən bildirdi.

O, qeyd etdi ki, prezident Ermənistanı heç bir dövlətin əlində oyuncaq olmamağa səsləyib:


“Prezident Ermənistana xəbərdarlıq etdi ki, heç kimin əlində alət olma, ağlını başqasının ağlına vermə. Hətta açıq mətnlə dedi ki, heç kimə arxalanma, lazım gələrsə, sən cəzalanacaqsan. Söhbətin məğzində bu məsələlər durur. 10 noyabr razılaşmasında Ermənistan üzərinə öhdəliklər götürüb. Həm Zəngəzur dəhlizi ilə bağlı, həm də Rusiya silahlıları Azərbaycana daxil olanda bu bəyanatın 4-cü bəndində göstərilirdi ki, rus sülhməramlıları daxil olanda paralel olaraq erməni silahlıları bölgədən çıxmalıdır. Onlar isə çıxmadı. Ölkə başçısının xəbərdarlıqlarından biri də bununla bağlı idi. Burada həm Rusiyaya mesaj verilirdi ki, öhdəliklərə əməl et. İkinci də, Ermənistana bildirildi ki, əgər vəzifələrini yerinə yetirməsən, biz sülhə məcbur etmə əməliyyatı keçirə bilərik. Buna imkanlarımız var. Hətta prezident bizim hərbi mövqelərimiz haqqında da münasibət bildirdi. Söhbət ondan gedir ki, biz bölgədə sülh, əməkdaşlıq, inkişaf istəyirik və bu problemlərin bitməsini arzulayırıq”.

Fərəc Quliyevin sözlərinə görə, bu, həm də dünyaya mesaj idi ki, Azərbaycan tərəfinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hələ də bu məsələlərdə hamının əlində alət olmağa davam edir.

“Bu çıxış həm Rusiyaya, həm də Ermənistana xəbərdarlıq idi. Ermənistanda son vaxtlar şüarlar səsləndirilib ki, Rusiya sülhməramlılarının bölgədə qalma müddəti uzadılsın. Başqa bir dövlət - nə Rusiya, nə də Ermənistan Azərbaycan ərazisində kimin qalıb-qalmayacağına qərar verə bilməz. Bunun qərarını Azərbaycan tərəfi verir. Cənab prezident də bildirdi ki, müddət bitəndə rus sülhməramlıları bölgəni tərk edəcəklər. Ona görə də, bütün bu mesajlar məncə, milli iradənin ifadəsidir. Biz də müxalifət olaraq bu çağırışları dəstəkləyirik”, - deyə keçmiş deputat bildirdi.

Nərmin VÜQARQIZI/redaktor.az

Geri dön