Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Ermənistan Azərbaycana qarşı hərəkətlərini Rusiya sülhməramlılarının arxasında gizlənərək edir
Fərəc Quliyev:Ermənistan Azərbaycana qarşı hərəkətlərini Rusiya sülhməramlılarının arxasında gizlənərək edir |
"Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir".
Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, ikinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: “Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər". Məsələni “Sherg.az”a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev qeyd edib ki, ölkə başçısı bütün məqamlarda milli iradəni çox doğru ifadə edib: “Biz millət olaraqdan düşünürdük ki, ölkəmizə həmin dövrün tələblərinə uyğun olaraq, sülhməramlı adı altında Rusiya ordusu gəlib. Amma buna bir müddət qoyulub. Həmin müddət bitdiyi anda və yaxud daha tez onlar buradan çıxacaqlar. Sadəcə olaraq onların burada olduğu zaman kəsiyində erməni silahlıları Qarabağdan çıxmalı idi. Çünki bəyanatın 4-cü bəndində Rusiya sülhməramlılarının əraziyə daxil olduğu anla paralel olaraq, erməni silahlıları bölgədən çıxmalıdır deyilir. Lakin indiyə qədər erməni silahlıları hələ də çıxmayıblar. Bunun özü isə böyük qanun pozuntusudur. Yəni Qarabağda ya rus sülhməramlıları qalmalıdır, ya da erməni silahlıları. Prezidentin bildirdiyi iradlardan biri də bu idi əslində. Digər tərəfdən Ermənistan Azərbaycana qarşı hərəkətlərini Rusiya sülhməramlılarının arxasında gizlənərək edir. Bu çıxış zamanı həmçinin ölkə başçısı onlara da xəbərdarlıq etdi ki, daha heç kimin arxasında gizlənməyə ehtiyac yoxdur. Ona görə ki, 44 günlük müharibə zamanı ruslar sizə silah sursat verirdilər. Hətta bunu Putinin özü də etiraf etmişdi ki, biz balansı saxlamaq üçün Ermənistana silah veririk. İrandan Qafan yolu ilə 900 tona qədər silah sursat daşınmışdı. Buna baxmayaraq biz onların silahlarını sıradan çıxardıq və bu gün Azadlıq meydanındakı parkda saxlayırıq. Yəni artıq Ermənistan heç kəsə güvənə bilməz. Əgər güvənsə unutmamlıdır ki, Azərbaycan keçmişdəki ölkə deyil. Bizim Türkiyə, Pakistan kimi ciddi müttəfiqlərimiz və güclü ordumuz var”. Analitik qeyd edib ki, Ermənistan öhdəliklərə əml etməlidir: "Onlar ya bu məsələlərə əməl edəcək, ya da Azərbaycan sülhə məcburetmə əməliyyatları keçirəcək. Digər tərəftən erməni revanşistləri rus sülhməramlılarının burada uzun müddət qalacağı ilə bağlı mesaj verirlər. Ancaq onlar Azərbaycan ərazisində kimin qalıb-qalmayacağı barəsində qərar verə bilməzlər. Rəsmi İrəvan yalnız öz ərazisindəki 103- cü ordunun qalıb-qalmamasına qərar verə bilər. Biz də cənab prezidentin verdiyi mesaja dəstək verir və hesab edirik ki, erməni silahlıları Qarabağdan çıxarılmasa, rus sülhməramlıları 5 ili gözləmdən Azərbaycan ərazisini tərk etməlidir". Nihat Müzəffər/sherg.az Geri dön |