Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub


İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

Bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.
Yarışın ilk günündə təmsilçilərimizdən Tural Sarıyev (48 kq), Sənan Hətəmov (67 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) rinqə çıxacaqlar.

Dünya çempionatında 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparacaq. Mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

1/32 final mərhələsi
Sənan Hətəmov (67 kq) – Neri Kanaviri (Boliviya)

1/16 final mərhələsi
Tural Sarıyev (48 kq) – Titivat Flonqaurai ( Tayland )
Amin Məmmədzadə (51 kq) – Sing Mandenqbam (Hindistan)
Kamil Babayev (54 kq) – Riçard Erazo Çaça (Ekvador)
Mətin Məmmədov (57 kq) – Akjol Asilbek Uluu (Qırğızıstan)
Tacı Tağızadə (60 kq) – Li Makevoy (İrlandiya)/Muhammed Bursa (Türkiyə)
Daniel Xolostenko (71 kq) – Sahil Çauhan (Hindistan)
Rza Rzazadə (75 kq) – Antonio Leyva (Argentina)
Fətəli İsmayılov (80 kq) – Mixail Tsamalidis (Yunanıstan)
Rəşid Məmmədov (86 kq) - İbrahim Hamza (Misir)/Giorgi Dekanozişvili (Gürcüstan)
Mehparə Məmmədova (48 kq) – Lyuba Atanasova (Bolqarıstan)
Aysu Dərvişova (57 kq) – Quadalupe Peres (ABŞ)

1/8 final mərhələsi
Səbuhi Əlizadə (+92 kq) – Aleksandr Zelenski (Ukrayna)

Geri dön