Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Ötən il neft hasilatı azalıb
Ötən il neft hasilatı azalıb |
Ötən il ərzində Azərbaycanın sənaye sahələrində 33,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ilində sənayenin qeyri-neft sektorunda 7,8% artım, neft sektorunda isə 4,2% azalma müşahidə olunub: «İstehsalın 75,4%-i mədənçıxarma, 18,9%-i emal, 5,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib». Ötən il qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsulları, dəri və dəri məmulatları, ayaqqabıların, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, elektrik avadanlıqları, mebel, elektrik enerjisi və s. məhsulların istehsalında daha çox artım əldə edilib. Bununla yanaşı, 2012-ci il ərzində ölkədə neft hasilatı 43 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 17,2 mlrd. kubmetr təşkil edib ki, 2011-ci illə müqayisədə neft hasilatı 5,3% azalıb, qaz hasilatı isə 5,4% artıb. Geri dön |