Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Bankın 3,5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Mərkəzi Bankın 3,5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

Mərkəzi Bankın 3,5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb


Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə Mərkəzi Bankın 3 milyard 570 milyon manat dəyərində notları, 452,7 milyon manat dəyərində korporativ istiqrazları, 288,8 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 3 milyard 494,7 milyon manatlıq notları, 929,2 milyon manatlıq dövlət istiqrazları, 431,4 milyon manatlıq korporativ istiqrazları və 175 milyon manatlıq səhmlər yerləşdirilib. 2022-ci ilin ilk doqquz ayında nominal dəyəri 470 milyon manat olan dövlət istiqrazları, 325,7 milyon manatlıq korporativ istiqrazları, 111,5 milyon manatlıq səhmlər və Mərkəzi Bankın 14,2 milyon manatlıq notları tədavüldə olub.

Geri dön