Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əhalinin banklardakı əmanətlərinin məbləği 27 faiz artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Əhalinin banklardakı əmanətlərinin məbləği 27 faiz artıb

Əhalinin banklardakı əmanətlərinin məbləği 27 faiz artıb


Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 27 faiz artaraq 2022-ci il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 225,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 60,8 faizi milli, 39,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 14,2 faiz artıb. Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,67 (1,80) manata, 100 türk lirəsinə 9,15 (10,69) manata, 100 rus rubluna 2,76 (2,49) manata bərabər olub.

Geri dön