Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib
Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib |
Noyabrın 21-də Belqrad şəhərində Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.
Tədbirdən əvvəl Azərbaycan nümayəndə heyəti Belqradda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Biznes forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlar və investorlar üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi potensialını qeyd edib, biznes forumun iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyini vurğulayıb. Serbiyanın iqtisadiyyat nazirinin xüsusi müşaviri xanım Miryana Filipoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, Azərbaycan şirkətlərini Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonada görülən işlər, logistika imkanları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, Azərbaycan və Serbiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi, AZPROMO-nun rəhbəri Yusif Abdullayev qurumun fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları barədə danışıblar. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Nihad Budaqov Geri dön |