Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > İranda İnqilabi şərait yetişib, hər an xalq üsyanı ola bilər
İranda İnqilabi şərait yetişib, hər an xalq üsyanı ola bilər |
Molla rejimi seçkiləri saxtalaşdıra bilməyəcək” -
“Təkcə xalq deyil, məmurlar da narazıdır, çoxu ev kirayəsini verə bilmir. Ərzaq bir neçə dəfə bahalaşıb və verilən maaşlar ailə xərclərini ödəmir” İranda 11-ci prezdent seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Təxminən 3 aydan sonra seçki kampaniyası başlanacaq. Seçki ərəfəsində hökumət daxilində müxtəlif siyasi qüvvələr və dövlət rəsmiləri arasında qarşıdurmalar və nüfuz savaşı davam edir. Getdikcə bunların arasında olan çatlar və ixtilaflar dərinləşir. Güneyli siyasi ekspert, Türkiyədə yaşayan Milli Hərəkat fəalı Elçin Hatəminin fikrincə, prezident seçkiləri zamanı ölkədə ciddi iştişaşlar gözlənilir: “Bu seçki adi seçki olmayacaq və izsiz ötüşməyəcək. Bu məsələ hökuməti bərk qorxudur. Hazırda seçki ilə əlaqədar molla rejimi daxilində qruplaşmalar var və ziddiyyətlər davam edir. İndiyə qədər 3 qrup bununla bağlı öz mövqelərini açıqlayıb. Dini liderin komandasının fitnəkar kimi dəyərləndirdiyi sabiq prezident Əkbər Haşimi Rəfsəncaninin də daxil olduğu islahatçılar və Seyidəli Xamneyinin rəhbərlik etdiyi mühafizəkarlar qarşı-qarşıyadır. Prezident postu uğrunda mübarizədə ən güclü qrup da Xamneyi və onun tərəfdarlarıdı. Bu qrup ölkədə hərbi və təhlükəsizlik qüvvələrin gücünə dayanaraq bütün sahələri əllərinə keçiriblər və bütün dövlət orqanları və hətta xüsusi sahələrin fəaliyyəti bu qüvvənin nəzarəti və nəzarəti altındadır”. Bir müddət öncə, iki sabiq prezdent Xatəmi və Rəfsəncani və prezdent Əhmədinecad, Xamneyi və tərəfdarlarının seçkini saxtalaşdırmasından şübhələnərək yaxında prezident seçkisinin azad və şəffaf keçirilməsindən bəhs ediblər. Onların seçki haqqında bildirdikləri münasibətə ilk cavab ali dini lider Əli Xamneyidən gəldi. Dini lider onlara xəbərdarlıq etdi və bildirdi ki, azad seçkidən bəhs etməklə düşmənin əlinə bəhanə verməsinlər. Elçin Hatəminin fikrincə, nə dini lider, nə də onun mühafizəkar komandası azad seçkilərdə maraqlı deyil: “Xamneyidən sonra ali məhkəmənin sədri Sadiq Laricani və Xamneyinin SEPAH-dakı nümayəndəsi bu 3 nəfərə qarşı sərt çıxış etdilər və onların seçki barədə heç bir ixtiyarları olmadığını dilə gətirdilər. Xamneyi və ona sadiq qüvvələr xüsusi ilə parlament, Ədliyyə və ali məhkəmə, SEPAH, ETTELAAT və bütün hərbi-təhlükəsizlik orqanlar İslahatçı qüvvələrin və Əhmədinecada yaxın olan namizədin prezident olmasını istəmirlər. Bu qrup yalnız Xamneyiyə yaxın olan və onun itaətində dayanan namizədi prezident etmək niyyətindədilər. Namizədlərin səlahiyyətini müəyyənləşdirmək üçün İranda Konstitusiyaya Nəzarət Şurası fəaliyyət göstərir. Bu şuranın bütün üzvləri ali dini lider tərəfindən seçilir. Şura Xamneyinin göstərişi və təşəbbüsü ilə hərəkət edir və onun iradəsindən kənarda fəaliyyət göstərə bilməz və liderin əmrinə tabedir. Bir çox siyasətçilər elə hesab edirlər ki, digər qrupların namizədləri seçki başlamadan öncə bu şura tərəfindən təsdiqlənməyəcək və mühafizəkaların bir əsil namizədi olacaq. Onun yanında bir neçə neytral və tanınmamiş namizədi xalqa təqdim edəcək, alternativ əsasda seçki keçirildi deyəcəklər. Səs vermə başa çatdıqdan sonra istədikləri namizədi seçkinin qalibi elan edəcəklər”. Güneyli ekspert hesab edir ki, molla rejiminin planı baş tutmaya da bilər: “Çünki xalq artıq oyanıb. Əvvəlki qaydalarla yaşamaq istəmir. Müxalifət də güclüdür. Üstəlik, ölkə daxilində ağır iqtisadi və sosial şərait var. Belə nəticəyə gəlmək olar ki, seçkiləri saxtalaşdırmaq İran hakimiyyətinə baha başa gələcək. Ölkə daxilində işsizlik və bahalıq baş alıb gedir. Sosial təminat yoxdur. İş yerləri bağlanıb, beynəlxalq sanksiyalara görə, holdinqlərin 80 faizindən çoxu iflas edib və öz fəaliyyətini dayandırıb. İran iqtisadiyyatı neft satışına bağlıdı, hal-hazırda İran rəsmilərinin dediyinə görə, İranın neft satışı 2.5 milyon barreldan 600-800 min barrel arasında dəyişir. Əhalinin bir çoxu aclıqdan və yoxsulluqdan əziyyət çəkir. Bu məsələ paytaxtdan uzaqda olan balaca şəhərlərdə, qəsəbə və vilayətlərdə daha çox gözə çarpır”. Elçin Hatəminin sözlərinə görə, son zamanlarda İran rəsmiləri tərəfindən, xüsusilə SEPAH komandirləri əhalinin ağır iqtisadi vəziyyəti barədə hökuməti xəbərdar edirlər və bu iqtisadi fəlakətin ölkə daxilində, özəlliklə də əyalətdə seçki qabağı iğtişaşlara səbəb olacağını dilə gətirirlər: “Rəsmilərin hesabatı göstərir ki, inqilabi şərait hazırdı. Təkcə xalq deyil, dövlət orqanlarının işçiləri də vəziyyətdən narazıdırlar, bir çoxu ev kirayəsini təmin edə bilmir. Ərzaq neçə qat bahalaşıb və verilən maaşlar ailə xərclərini ödəmir. Hakimiyyəti hər an xalqın üsyanı gözləyir. Hakimiyyət bunu təxmin edib və iğtişaşları yatırtmaq üçün SEPAH-ı və ona bağlı olan təhlükəsizlik orqanlarını buna səfərbər etmək niyyətindədir. SEPAH-ın ölkə daxilində üsyanları və etirazçıları zorakılıqla yatırmaq təcrübəsi var. Məsələn, Güney Azərbaycanın müxtəlif şəhərlərində 2006-cı ilin may ayında baş verən aksiyaları və 2009-cı ilin prezident seçkiləri ilə bağlı iğtişaşları zor gücü ilə SEPAH yatırmışdı. Güney Azərbaycanda fars bölgələrinə nisbətən xalqın üsyan ehtimalı daha çoxdu. Təbriz, Urmiya və digər şəhərlərdə iş yerləri bağlanıb. Bazarda alverçilər yaranan vəziyyətlə əlaqədar hər gün zərər çəkirlər və hakimiyyətdən narazı olanların sayı getdikcə artır. Əgər Güneydəki Milli Hərəkatı təmsil edən siyasi qüvvələr şəraitdən yararlanaraq doğru addım atarlarsa, əhalinin mühüm hissəsini İran rejiminə qarşı səfərbər etmək mümkün olacaq”. Güneyli ekspertin fikrincə, molla rejimi daxildə olduğu kimi xaricdə də təklənib və zəifləyib. İranda hesab edirlər ki, yaranmış duruma səbəb molla rejiminin yanlış siyasətidir: “İran dövlət yetkililərinin yalnış siyasəti və beynəlxalq münasibətlərdə ideologiya mövqeyindən çıxış etmələri bir çox ölkələri İranın əleyhinə çevirib. Ölkə daxilində yaranan ağır iqtisadi böhran, beynəlxalq güclərin İran hakimiyyətinin əleyhinə olması, bu hökuməti tədricən uçüruma doğru aparmaqdadı. Vəziyyət dəyişməzsə, molla rejiminin devrilməsi ehtimalı artacaq”. Elçin Hatəmi Geri dön |