Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sən ellər gözəlisən Şuşa” adlı videoçarx hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Sən ellər gözəlisən Şuşa” adlı videoçarx hazırlanıb

“Sən ellər gözəlisən Şuşa” adlı videoçarx hazırlanıb


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşı Səidə Rəcəbova tərəfindən “Şuşa İli” mövzusunda növbəti videoçarx təqdim edilib.

Baş İdarədən bildirilib ki, “Sən ellər gözəlisən Şuşa” adlı videoçarxın başlanğıcında Şuşalı Şahlar babanın “Günəşim Şuşam” şeirindən bir parça səsləndirilib. Daha sonra isə Şuşa şəhərinin dünəni, bu günü, tarixi, təbiəti, füsunkar gözəlliklərindən bəhs olunub.

Kitabxanaçı hazırladığı videoməlumatda Şuşanın XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazda böyük mədəniyyət və incəsənət mərkəzinə çevrilməsi, bununla yanaşı şəhər əhalisinin musiqi və incəsənətə xüsusi önəm verməsi və dahi bəstəkar Üzeyir Hacıbəylinin əməyi sayəsində Şuşada peşəkar musiqi təhsilinin bünövrəsinin qoyulması haqqında ətraflı məlumat verib. Milli mədəniyyətimizin və incəsənətimizin əsas diyarı sayılan Şuşanın “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası” adlandırıldığını izləyicilərin diqqətinə çatdırıb.

Bundan əlavə videoçarxda, Qarabağın döyünən ürəyi, bənzərsiz incisi olan Şuşanın aydın səması, ulduzlu gecələri, şəfalı bulaqları, ağappaq qarlı qışı, mürgülü payızı, sevdalı baharı, hay haraylı, toy büsatlı yay axşamları təsvir edilib. Şuşanın hər daşı, kəsəyi, yolu, cığırı ayrıca bir tarixi özündə yaşadan əfsanəvi şəhər olduğu vurğulanıb.

Həmçinin nümayiş etdirilən videoçarxda ümummilli lider Heydər Əliyevin Şuşa şəhərinə gəlişi, sakinlərlə görüşü şəhər haqqında söylədiyi “Şuşa Qarabağın ən əziz və qədim tarixə malik olan bir guşəsidir”, “Şuşa tək Qarabağın deyil bütünlükdə Azərbaycanın döyünən ürəyidir”, “Şuşa əcdadlarımızın yaratdığı böyük tarixi bir abidədir” dəyərli fikirləri səsləndirilib.

Videoçarx “Çırpınırdın Qara dəniz” instrumental musiqisi ilə müşayiət olunub.

Geri dön