Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda türk qadınlar zülm görür, uşaqlarımız ana dilində təhsil ala bilmir
İranda türk qadınlar zülm görür, uşaqlarımız ana dilində təhsil ala bilmir |
“İranda bizim qadınlarımız uzun müddətdir zülmə məruz qalırlar”.
Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib. O qeyd edib ki, İrandakı İslam rejimi qadın haqlarını tanınmır: “Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. Xüsusən də türk olan qadınlar zülm görür. Həm qadın, həm də türk olduqları üçün irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”. Geri dön |