Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan uzun illər ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan uzun illər ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb

Azərbaycan uzun illər ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb


Konsensus əsasında qərarların qəbulu prinsipi ATƏT-in bütün əsas qərarlarında aydın şəkildə əksini tapıb. Azərbaycan uzun illər təşkilat daxilində konsensusdan sui-istifadədən əziyyət çəkib. Buna baxmayaraq, biz həmişə birgə təhlükəsizliyə ciddi riayət edilməsinin tərəfdarı olmuşuq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşada keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu baxımdan, konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

“Sədrlik və Katiblik də daxil olmaqla, ATƏT-in bütün təsisatları bütün iştirakçı dövlətlər üçün ümumi aktiv kimi yaradılıb. Buna uyğun fəaliyyət göstərməmək inamı sarsıdır. Azərbaycan bu qurumları kobud şəkildə pozulmuş mandatlarını düzəltməyə çağırır”, - deyə C.Bayramov qeyd edib.

Geri dön