Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Rusiyanın məqsədi prosesi gərginləşdirməkdir
Fərəc Quliyev:Rusiyanın məqsədi prosesi gərginləşdirməkdir |
"Rusiya Qarabağ məsələsinə özünün qarışmalı olduğunu əsas gətirməklə Azərbaycan və Ermənistanın masada oturmasına mane olur".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya növbəti etiraz bəyanatını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. O, Rusiyanın məqsədinin prosesi gərginləşdirmək, onun bitməsinə imkan verməmək olduğunu düşünür: "Rusiya 1828-ci ildən bu yana dəyişməyib. Sifətini nə qədər dəyişsə də, mahiyyəti dəyişməyib. Kreml imkan daxilində Azərbaycan ərazilərinin işğalda qalmasında maraqlıdır. Rusiya həmçinin yenidən Qarabağ problemini başlamaq və ondan istifadə edərək bölgədə qalmaq istəyir. Həm Ermənistan, həm də Azərbaycana təsir etməklə bu dövlətlərlə zor dilində danışmağa, geopolitik savaşda mövqelərini itirəcəyini bildiyindən, açarların öz əlində olmasını nümayiş etdirməyə çalışır. Qarabağ məsələsinə özünün qarışmalı olduğunu əsas gətirməklə Azərbaycan və Ermənistanın masada oturmasına mane olur. Moskvanın əsas arzusu regionu nəzarətində saxlamaqdır. Digər tərəfdən, Kreml burada hərbi baza olaraq öz mövcudluğunu saxlamaqda maraqlıdır. Bunlar alınmasa, Rusiya regionda baş tutacaq böyük layihələrdə aparıcı olmağı, Orta Şərq-Qərb dəhlizinə nəzarəti əlində saxlamağı düşünür. Bir sözlə, Rusiya burada mövcudluğunu saxlamaq üçün əlindən gələni edir”. Partiya sədri bildirir ki, Azərbaycan da öz növbəsində bütün bunların qarşısını əlindən gələn qədər almağa çalışmalıdır: Azərbaycan mətbuatı onlara cavab olaraq bundan sonra Rusiyanın hər hansı bir ərazisininin adını çəkəndə onun əslində, başqalarına məxsus olduğunu göstərməli, toponimlərini dəyişik verməli, bu ölkənin işğal etdiyi əraziləri göstərməlidir. Rusiyanın addımına cavab olaraq atacağımız addımın alternativi budur”. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya növbəti etiraz bəyanatı ünvanlayıb. Bu, Müdafiə Nazirliyinin Rusiyaya ünvanladığı artıq 7-ci bəyanatdır. Bəyanatda Rusiya Federasiyasının sülhməramlı kontingentinin edilən müraciətlərə məhəl qoymamasına təəssüf edilir: "Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, "Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq", - deyə məlumatda qeyd edilib. Rüfət Sultan/qaynarinfo.az Geri dön |