Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.

Fərəc Quliyev: - Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir.


Fərəc Quliyev: “Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir”

Akif Nağı: “Rusiyanı neytrallaşdırmaq üçün Türkiyə ilə hərbi əməkdaşlıq müqaviləsi imzalanmalıdır”

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan Rusiyanın Ermənistanı silahlandırdığını təsdiqləyən yeni faktlar ortaya çıxıb. Bu barədə APA məlumat yayıb.

Məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq, Rusiyanın sözü ilə hərəkətləri üst-üstə düşmür.

Belə ki, Rusiya Federasiyası Ermənistana külli miqdarda silah və texnikanın ötürülməsini davam etdirərək status-kvonun qorunub saxlanılmasına zəmin yaradır. Agentliyin əldə etdiyi məlumata görə, Rusiya ilə Ermənistan arasında hava vasitəsi ilə hərbi daşımalar təşkil edilib. 2012-ci ilin avqust ayından bu günədək davam edən daşımalar zamanı Rusiyadan Ermənistana zirehli texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə və aviasiya vasitələri, çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri, çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları ötürülüb.

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev “Gündəlik Teleqraf”a açıqlamasında deyib ki, əslinə burada təəccüblü bir şey yoxdur. Onun sözlərinə görə, Rusiyanın indiyədək də davranışı məhz bu cür olub: “Rusiya münaqişə başlanan gündən mütəmadi olaraq Ermənistanın tərəfindən çıxış edib və ATƏT-in Minsk Qrupundakı bitərəfliyini, tərəfsizliyini çoxdan itirib. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcəyini bildirəndə də hər zaman Rusiyanın KTMT çərçivəsində Ermənistana kömək edəcəyi açıqlanıb. Üstəlik, Ermənistanı müasir silahlarla təmənnasız silahlandırmaqla məşğul olub. S-300, daha sonra isə S-400 tipli raketləri onlara verib. Bu, ilk növbədə Ermənistanın xarici siyasətinin olmadığını göstərir. İkinci onu göstərir ki, Qarabağ təkcə Ermənistan tərəfindən işğal olunmayıb, Ermənistan bir maşadır. Ermənistanın forpost dövlət olması həm də ona görə ortadadır ki, bu ölkənin müstəqilliyinin 20 illiyi ilə bağlı keçirilən hərbi paradda rus texnikası, rus əsgərləri Rusiya bayrağı altında keçid edirdilər. Yəni, Ermənistan birmənalı şəkildə Rusiyanın əyaləti funksiyasını yerinə yetirən bir dövlətdir. Amma Rusiya əgər gerçəkdən bir qonşuluq siyasəti yürütmək istəyirsə, doğrudan da, ATƏT-in Minsk Qrupunun üzvü olaraq bölgədə sabitlik istəyirsə, bu davranışına son qoymalıdır. Biz bu istiqamətdə dəfələrlə çağırışlar etmişik. Amma buna baxmayaraq həm Ermənistanın mövqelərini qətiyyətlə dəstəkləməsi, həm də bundan sonrakı təcavüzü üçün onun silahlandırılması göstərir ki, Rusiyanın ATƏT-in Minsk Qrupunda fəaliyyəti artıq mümkün deyil”.

Millət vəkili qeyd edib ki, Ermənistan təcavüzkarlığı əvvəlcədən planlaşdıran bir dövlətdir: “Asimus aqressimus deyilən bir termin var. Bu termin əsl Ermənistana uyğun gələn bir termindir. Bunların planında türk torpaqlarında “Böyük Ermənistan” qurmaq dayanır. Bütün bunlara baxmayaraq Rusiya Ermənistanın yanında dayanmaqda davam edir. Son vaxtlar Ermənistana yenidən silahların verilməsi, dəstəyin gücləndirilməsi göstərir ki, Rusiya ATƏT-in Minsk Qrupunda heç vaxt ədalətli mövqe tutmayacaq. Rusiya təcavüzə məruz qalanla təcavüzkar arasında nəinki bərabərlik işarəsi qoyur, həm də təcavüzkara maddi-texniki yardımlar edir, siyasi dəstək verir və bunu gizlətmir. Ona görə də biz Rusiya ilə münasibətlərimizə ya yenidən baxmalı, ya da Rusiya ilə bu məsələləri açıq şəkildə danışmalıyıq. Ya Rusiya mövqeyində dəyişiklik etməli, ya da ATƏT-in Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir”.


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vaxtaşırı bu cür məlumatların ortaya çıxdığını bildirib. O qeyd edib ki, bu günlərdə Rusiya prezidenti Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsinə dair yeni bir saziş layihəsinin hazırlanmasına göstəriş verib: “Onsuz da Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı xeyli sayda sazişlər imzalanıb. Amma görünür, bu kifayət etmir və əməkdaşlığın hüquqi, sənəd bazasını gücləndirir, eyni zamanda vahid dövlət kimi fəaliyyət göstərirlər. Yəni, Ermənistan rəsmi Moskva tərəfindən Rusiya ərazisinin bir hissəsi kimi nəzərdən keçirilir. Rusiya hər vasitə ilə Ermənistan ərazisində olan hərbi bazasını da gücləndirməyə çalışır. Yavaş-yavaş oradakı hərbi hissənin kontingenti ermənilərlə əvəz olunur. Azərbaycanda hamı bilir ki, Rusiya Ermənistanın açıq şəkildə müttəfiqidir”.

A.Nağı qeyd edib ki, Rusiyanı neytrallaşdırmaq üçün Azərbaycan Türkiyə ilə münasibətlərdə adekvat addımlar atmalıdır. Onun sözlərinə görə, ilk növbədə Türkiyənin Naxçıvanda hərbi mövcudiyyəti genişləndirilıməlidir: “Azərbaycan hətta Türkiyənin Naxçıvanda hərbi baza yaratmasına da getməlidir. Azərbaycan bu gün kifayət qədər güclüdür və Rusiyaya da cavab verə bilər. Hətta Rusiya Ermənistanı müdafiə etsə də, Azərbaycan ona cavab vermək qüdrətindədir. Amma bizə Rusiya ilə konfrontasiyaya getməkdənsə, onu tam neytrallaşdırmaq lazımdır. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlıq müqaviləsi imzalamalıdır. Müəyyən sənədlər imzalanıb, amma bu kifayət deyil. Türkiyə rəhbərliyi belə bir mövqedən çıxış etməlidir ki, müharibə başlayacağı təqdirdə Rusiya Ermənistanı hansı səviyyədə müdafə edəcəksə, rəsmi Ankara da Azərbaycanı o səviyyədə müdafiə edəcək. Biz Türkiyə ilə bu istiqamətdə iş aparmalıyıq”.

teleqraf.com Səxavət Həmid

Geri dön