Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Biri Güney Azərbaycanın azadlığı uğrunda, digəri isə azad Azərbaycanda, doğma Azərbaycanda azad yaşayarkən cəllad qan içən rus qoşunları tərəfindən şəhid olmuşdur.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Biri Güney Azərbaycanın azadlığı uğrunda, digəri isə azad Azərbaycanda, doğma Azərbaycanda azad yaşayarkən cəllad qan içən rus qoşunları tərəfindən şəhid olmuşdur.

Biri Güney Azərbaycanın azadlığı uğrunda, digəri isə azad Azərbaycanda, doğma Azərbaycanda azad yaşayarkən cəllad qan içən rus qoşunları tərəfindən şəhid olmuşdur.


Poladi Saleh Əliqulu oğlu

Güney Azərbaycan 1945-ci ilin Azər (dekabr) ayı idi. Bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Doğma ana vətəndə Cənubi Azərbaycanda Milli Hökümət yaratmaq üçün öz əziz canlarından, qanlarından, həyatlarından keçməsindən qorxmayaraq şah (Fars) qoşunları ilə vuruşdular. Bu vuruşanlar fədailər, Azərbaycan Demokrat Firqəsinin üzvləri, kəndlilər, fəhlələr, ziyalılar vəs. sənətkarlardan ibarət axın-axın insan dəstələri idi. 1945-ci ilin Azər (dekabr) ayının 21-də şah qoşunlarına xanlar və bəylərə qələbə çalaraq S.C. Pişəvərinin rəhbərliyi ilə İranda, Cənubi Azərbaycanda doğma ana vətəndə Milli Hökumət yaradıldı.
Azad Azərbaycanda ana dili, Azərbaycan dili elan olundu. Azərbaycan dilində məktəblər, universitetlər açıldı. Kitablar, qəzetlər və jurnallar çap olundu. Filarmoniya, teatr, kino açıldı. Konsertlər ana dilində verildi. 8 saatlıq iş rejimi tətbiq olundu. Qadın və kişi azadlığı, bərabərliyi elan olundu. Savadsızlığı ləğv etmək üçün kurslar açıldı. Kəndlilərə pulsuz torpaq paylanıldı. Milli Ordu, qoşun yaradıldı. Bir sözlə doğma ana vətənimiz Azərbaycan gündən-günə çiçəklənirdi. İnsanlar fərəhlənirdi. Daima arzuladıqları xoşbəxt və firəvan yaşamaq arzusuna nail oldular. Bir sözlə xoşbəxt və şən həyat keçirdilər. Elə bil ki, cənnətdə yaşayırdılar.
Təəssüflər olsun ki, bu xoşbəxtlik uzun çəkmədi. Yalnız bir il çəkdi. Şah qoşunları, əcnəbi Amerika və İngilis yadellilər bu azadlığı qan içərisində boğdular. Yenə də fədailər vətənin azadlığı uğrunda vuruşaraq canlarından keçərək şəhid oldular, fədai oldular, qazi oldular. Bu fədailərin içərisində Poladi Əliqulu və Poladı Saleh qardaşları da var idi. Döyüşlərin birində Əliqulunun yanında qardaşı Salehi gellə ilə vurdular, öldürdülər. Poladi Əliqulu vətən yolunda şəhid olmuş fədai qardaşını ana vətəndə torpağa basdırdı. And içdi ki, qaryrgtudaşı ilə bərabər şəhid olmuş fədailərin qanını yerdə qoymayacaq. Şah qoşunundan intiqam alacaq. Bunun üçün sağ qalmış digər fədailərlə birlikdə qüvvə toplayıb, qoşun düzəldib, yenidən şah qoşunları ilə vuruşub, İranda, Cənubi Azərbaycanda Milli Hökumət yaratmaq üçün Şimali Azərbaycana, qan qardaşlarına pənah gətirdilər ki, 1 ay ərzində qüvvə toplayıb geri qayıdıb vuruşsunlar.

Bağbansız güllər ağlar,
Sonasız güllər ağlar.
Düşmən qəddimi əyibdi
Şəhidləri ellər ağlar.

Təəssüflər olsun ki, məlum səbəblərə görə Stalin, Mikoyan və Beriyanın riyakar və ikiüzlü siyasətləri nəticəsində arzuları və diləkləri gözlərində qaldı. Onların gözlədikləri 1 ay onillərlə, əlli illərlə əvəz olundu. Onlar Şimali Azərbaycanın müxtəlif qəsəbə, kənd, rayon və şəhərlərində məskunlaşıb iş və təhsillə məşğul olub, ailə həyatı qurdular.
Bu fədailərdən biridə Poladi Əliqulu idi. Təəssüflər olsun ki, qardaşı Salehin və digər fədailərin qanını şah qoşunundan ala bilmədi. Digər azadxalq fədailəri kimi o da Bakı şəhərində yaşadı və işlədi. Gülbahar xanımla gözəl və xoşbəxt ailə qurdu. 1968-ci ilin dekabr ayının 6-da onların evində 1 oğlan uşaqları dünyaya göz açdı. Əliqulu kişi Gülbahar xanımın razılığı ilə uşağa qardaşı Salehin adını qoydu. Saleh günü-gündən böyüyüb boy atırdı. 1975-ci ildə Əliqulu kişi ciyərparası Salehin əlindən tutub Nəsimi rayonundakı 159 saylı orta məktəbin 1-ci sinfinə, sinif rəhbəri Sevil Əliyeva müəlliməyə təhvil verdi. Saleh sinif yoldaşlarının və məktəbin müəllim kollektivinin dərin rəğbətini qazanmışdır. O, məktəbin fəal və sevimli şagirdlərindən biri idi. Poladi Saleh Bakı şəhərinin Nəsimi rayonunun 159 saylı məktəbini bitirdikdən sonra əsgərliyə getdi. 2 il əsgərlik borcunu yerinə yetirdi. Əsgərlik zamanı əsgər yoldaşlarının, komandirlərinin dərin hörmətini qazanmışdır. Komandanlıq tərəfindən dəfələrlə fəxri fərmanla və müxtəlif əsgərlik nişanları ilə təltif olunmuşdu. Təəssüflər olsun ki, atası Poladi Əliqulu rəhmətə getmişdi. O, oğlu Salehin nə orta məktəbi bitirməsini, nə də əsgərliyə getməsini, nə də əsgərliyi bitirməsini görmədi. Əliqulu kişinin ölümündən sonra onun sevimli həyat yoldaşı Gülbahar xanım Əliqulunun yoxluğuna dözməyib xəstələndi. Ana oğlu Salehlə baxıb daima fərəhlənirdi. “Şükür sənə ilahi ocağımız boş qalmadı” deyirdi. Əliqulu kişinin yarımçıq qalmış ömrünü yaşatmaq başsız ailəyə sevinc gətirmək payı Gülbahar ananın çiyninə düşmüşdü. Təzə-təzə bu yükü oğlu Salehə təhvil verəcəkdi. Oğlundan xəbərsiz özünə gəlin seçirdi.
Saleh əsgərliyi bitirdikdən sonra Sənaye Malları Trikotaj Koperativində işləyirdi. O, hər gün vaxtlı-vaxtında evə gəlirdi. O həm evin kişisi, həm də oğlu idi.
O Gün... O Gün evə tez gəldi. İş yox idi. Hamı torpağının, millətinin hayında idi. Anası evdə yox idi. Stolun üstündəki dərmanların azlığından yəqin etdi ki, anası şəhərə dərman almağa gedib. Çörəyini yedi və sonra dəftər, qələmi götürüb anasına bir kağız yazıb qoydu. “Ana, mən şəhərdəyəm nigaran qalma. Tez gələcəyəm. Tək deyiləm. Çörək yemişəm. Hörmətlə oğlun Saleh”.
Saleh həmişəki kimi dostları Cavid və Sahib ilə Onbirinci Qızıl Ordu meydanından şəhərə getməli idilər. Sən demə taleyin amansız və sərt qanunlarına əsasən bu gediş dostlardan ikisinin Saleh və Cavadın son gedişi imiş.
Dostlardan sağ qalan Sahib isə belə deyirdi: - On birinci Qızıl Ordu meydanına təzəcə çatnışdıq tankların gurultusu, avtomatların şaqqıltısı aman diləyən dinc əhalinin harayını batırmışdı. 5-10 metr aralıda avtomat gülləsindən yaralanmış 1 qadın fəryad çəkib ətrafdakılardan kömək diləyirdi. Saleh dərhal ona yaxın getdi. “Son saniyələrini yaşayan Azərbaycan Qadınını kənara çəkərkən bircə dəfə A deyə bildi. Görəsən Saleh son nəfəsində nə deyə biləcəkdi? “Ana”, “Ata”, “Azadlıq”, “Azərbaycan”, “Ana Vətən”... Kim bilir???

Aman fələk, dad fələk,
Heç olmadım şad fələk.
İçirtdiyin şərbətdən,
Bir özün də dad fələk.

Təsadüfə fikir ver! Poladi Salehin əmisi İranda Cənubi Azərbaycanın azadlığı uğrunda, doğma ana vətənini şah qoşunlarından azad edərkən vuruş zamanı şəhid olmuşdur. O zaman fədai Poladi Salehin 22 yaşı var idi. Əmi vətənin azadlığı uğrunda 22 yaşında subay ikən şəhid olmuşdur. Qorbaçovun, Yazovun əmri ilə Azad Azərbaycanın azadlığını əlindən almaq üçün cəllad rus qoşunlarının dinc əhalini güllə-boran edib tankla, beterlərlə əzib, güllələyib, məhv edilənlərdən biri də qardaşı oğlu, adaşı Poladi Salehin də 22 yaşı var idi. O da subay idi. 2 şəhid, 2 qazi vətənin azadlığı uğrunda fəda olanlardan biri idi. Biri İranda Azərbaycanın azadlığı uğrunda, digəri isə azad Azərbaycanda, doğma Azərbaycanda azad yaşayarkən cəllad qan içən rus qoşunları tərəfindən şəhid olmuşdur. İkisinin də soyadı, adı və yaşı eyni idi. Poladi Saleh.
İkisidə cavan, subay, ailə qurmamış, 22 yaşında vətən uğrunda şəhid olmuşlar. Bir şəhid İranda, Cənubi Azərbaycanda, Təbriz şəhərində dəfn olunub. Digər şəhid isə Təbrizin doğma qardaşı Bakıda, Şəhidlər Xiyabanında dəfn olunub. Hər iki Poladi Salehlər (əmi və qardaş oğlu)!!!

Dağların başı duman,
Yaram sızlayır yaman.
Ağrılarım azalır
Təbriz, Bakı yadıma düşən zaman.

Siz! Azərbaycanın qəhrəman oğulları və eyni zamanda şərəfli mübariz fədai şəhidisiniz!
Azərbaycan xalqının, Ana Vətənimiz Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına şəhid olmusunuz!!!
Siz ürəklərdə əbədi olaraq yaşayacaqsınız!!!
Allah sizə rəhmət eləsin!!!
Heç kim unudulmur!
Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri” və Rafiq Səməndərin “Şəhidlər” kitabında Poladi Saleh Əliqulu oğlu haqqında ətraflı məlumat verilmişdir.
Ps: Həmin vaxtdan 23 il keçir. Əgər Poladi Saleh vətən uğrunda şəhid olmasaydı yəqin ki, evlənib ailə qurmuşdu, uşaqları olmuşdu, nəsli davam etmişdi. Təəssüflər olsun ki, mümkün olan iş deyil. Oğlu Poladi Salehin şəhid olmasına dözməyən Gülbahar ananın xəstə ürəyi 1991-ci ildə əbədi dayandı. Onun ruhu şəhid oğlu Salehin, ömür-gün yoldaşı Əliqulunun ruhuna qovuşdu. Beləliklə bir ailə məhv oldu. Gələcəyə nəsil qalmadı. Allah sizə rəhmət eləsin! Torpağınız nurla dolsun! Heç kim unudulmur!



Gəncə şəhəri Güney Azərbaycanlı Mühacirlər
Cəmiyyətinin sədri
Əli DƏSTİ

Geri dön