Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Naxçıvanda həyata keçirilən antikorrupsiya tədbirlərinin muxtariyyət məsələsi ilə əlaqələndirmək doğru deyil
Fərəc Quliyev:Naxçıvanda həyata keçirilən antikorrupsiya tədbirlərinin muxtariyyət məsələsi ilə əlaqələndirmək doğru deyil |
“Naxçıvanda həyata keçirilən antikorrupsiya tədbirlərinin muxtariyyət məsələsi ilə əlaqələndirmək doğru deyil”.
Bu fikirləri Naxçıvan Muxtar Respublikasında (MR) həyata keçirilən korrupsiya əleyhinə tədbirlərə və MR Ali Məclisinin sədri Vasif Talıbovla münasibətləri olan şəxslərin indi onun əleyhinə sərt ittihamlar səsləndirməsinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib. Partiya sədrinin sözlərinə görə, Naxçıvanda baş tutan məlum əməliyyatları ölkənin konkret bir bölgəsində qanunçuluğun bərpası anlamında qəbul etmək daha doğrudur: “Naxçıvanda həyata keçirilən əməliyyatı öz kontekstində, yəni ciddi qanun pozuntularının aradan qaldırılmasına yönəlik tədbirlər kimi qavramağın daha düzgün olduğunu düşünürəm. Bəzi yanaşmalarda görürük ki, kimlərsə bunu Naxçıvanda rəhbərliyin dəyişdirilməsi, yaxud muxtariyyətin ləğvinə hazırlıq kimi şərh edirlər. Məncə, bunun həmin məsələlərlə əlaqəsi yoxdur. Ümumiyyətlə geniş baxsaq, Naxçıvanda muxtariyyətin aradan qaldırılması da problemli məsələ deyil. Referendum yolu ilə o məsələni həll etmək mümkündür. Əvəzində isə orada inzibati bölgü forması qismində müvafiq idarəetmə strukturu ilə Naxçıvan İqtisadi Zonası da yaradıla bilər. Azərbaycanda belə bir təcrübə artıq mövcudddur. Mən son çıxışlarımda da bu barədə ətraflı danışmışam. Bir daha demək istərdim ki, Naxçıvanda həyata keçirilən antikorrupsiya əməliyyatları ölkənin konkret bir bölgəsində qanunçuluğun bərpası kimi anlaşılmalıdır. Həmin əməliyyatlardan sonra Vasif Talıbovun əleyhinə müxtəlif fikirlərin səsləndirilməsinə gəldikdə, bu da haradasa başa düşüləndir. Vasif Talıbovla dünənə qədər qol-boyun olanların indi ona qarşı danışmaları mənəviyyat məsələsidir. Bu barədə geniş danışmağa ehtiyac yoxdur”. A.Zeynalov/yenicag.az Geri dön |