Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür
Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür |
Bu gün Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümüdür.
77 il öncə - 1945-ci il dekabrın 12-də (21 azər) Güney Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti yaradılıb. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi Böyük Britaniya və SSRİ-nin İran adlanan ərazidə əlini gücləndirmişdi. Sözügedən tarixdə Rza şah Pəhləvinin süquta uğrayan istibdad rejimi İranda fərqli-fərqli epizodlarla yadda qalıb. Elə həmin anlarda Azərbaycanın güneyində başlayan milli azadlıq hərəkatı 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin qurulması ilə sonuclanıb. Bu hadisə tarixə 21 Azər hərəkatı olaraq da həkk olunub. Ömrü, təəssüf ki, bir ilə sığan bu hökumət hələ 20 il öncə İranda 1 000 il sürən türk hökmranlığına son qoyaraq hakimiyyəti ələ keçirən Pəhləvi rejiminin etmədiklərini reallaşdırdı. Yeni yaranan Milli Hökümət İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir quruluş kimi fəaliyyətə başlasa da, daha sonra hədəflərini genişləndirərək müstəqillik siyasəti yürüdüb. Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və digər bu kimi qərarlarla güneyli soydaşlarımızda ümid işığı yaradıb. Bunlarla yanaşı 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət”, “Cövdət”, “Urmiyyə”, “Qızıl əsgər”, “Vətən” qəzet, jurnal və məcmuələr nəşr olunub, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı əks olunub. Rəsmi Təbrizin Tehran rejiminə olan münasibətini anlamaq üçün Seyid Cəfər Pişəvərinin 1945-ci ilin sentyabr ayında “Azərbaycan” qəzetində dərc olunan məqaləsindəki fikirlərə nəzər yetirmək kifayətdir: “Azərbaycan Tehranla bir yerdə əsir Hindustan olmaqdansa, özü üçün azad İrlandiya olmağa üstünlük verir. Tehran pozğun və küçə gözəlləri kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və heysiyyətinə maraqlıdır. O bir daha biganələrin alçaq nökəri olan rzaxanların boyunduruğu altına girməz və gündə bir lotuya təslim olmaz”. Bununla belə, xalqın dəstəyini arxasına alan 21 Azər hərəkatı 1946-cı il dekabrın 12-də İran rejiminin xain planı ilə iflasa uğradı. Belə ki, süquta uğradılmamışdan öncə İran mərkəzi hökuməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımış olsa belə, eyni il içərisində Pəhləvi rejiminin ordusu Azərbaycana hücum edərək Milli Hökümətin mövcudluğuna son qoyub. ABŞ Ali Məhkəməsinin hüquqşünası və siyasətçi Uilyam O. Duqlas ABŞ Ali Məhkəməsinə hesabatında bildirib ki, Tehran ordusu buraya gəldikdən sonra əhali ilə əsl işğalçı kimi davranıb: “Bu ordu arxasında ölüm və dağıntı izləri qoyub”. Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkünə qarşı qətliam həyata keçirilib, minlərlə soydaşımız sürgünə göndərilib. Qısa ömrünə böyük məna yükləyən Azərbaycan Milli Hökuməti tarixi ərazilərimizin güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verib. Geri dön |