Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Metyu Brayza: «Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir»
Metyu Brayza: «Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir» |
«Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı çox ciddi və konkret danışıqlar aparıldı, Azərbaycan RLS-dən istifadənin qiymətini müəyyənləşdirdi, Rusiya isə razılaşmadı. Məncə, hər ölkə öz ərazisində hansı bazaların və hərbçilərin yerləşə biləcəyinə özü qərar versə daha yaxşı olar. Azərbaycan özü qərar qəbul etdi və bu, yaxşıdır». Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Metyu Brayza bölgədə yaranmış vəziyyəti də şərh edib: «Mən bəzi qeyri-hökumət qurumlarının hesabatlarında deyildiyi kimi, bölgədə müharibə gözləmirəm. Müharibə yalnız tərəflərdən birinin düşünülmüş qərarından sonra başlaya bilər. Azərbaycan və Ermənistanın bunda maraqlı olduğunu görmürəm. Tərəflər arasında etimadın yaradılması və iki xalqın yanaşı yaşaması daha məqbuldur, nəinki müharibə». Metyu Brayza Ermənistanla Rusiya arasında hərbi-texniki razılaşma əldə olunmasına da münasibət bildirib: «Hamımız yaxşı bilirik ki, Ermənistanda rus hərbçilərinin xidmət etdiyi hərbi baza var. Bu səbəblə tərəflər arasında hərbi-texniki saziş imzalanması məntiqlidir». Onun fikrincə, əsas məsələ odur ki, Minsk Qrupunun həmsədri kimi Rusiya imicini necə qoruyacaq: «Mən bu sazişin məzmununu bilmirəm, lakin hər şey açıq, şəffaf olmalıdır ki, bütün həmsədrlər Rusiya ilə Ermənistan arasında nələr baş verdiyini bilsin. Bu olmadan etimad olmaz». Brayza Ermənistanla Dağlıq Qarabağ arasında uçuşların həyata keçirilməsi cəhdlərinə də toxunaraq bildirib ki, bu məsələ bölgədə vəziyyəti gərginləşdirə bilər: «Azərbaycan öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Təkcə aeroportun istismarına başlanması yox, ona reaksiyalar da regionda gərginliyin yaranmasına səbəb ola bilər». Metyu Brayza 2013-cü ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı sualı cavablandırarkən deyib ki, «Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinin taleyinin indidən bəlli olduğunu demək istəməzdim. Bu, demokratik bir proses olacaq və vətəndaşlar istədikləri namizədə səs verəcəklər». Onun sözlərinə görə, bir çox ekspertlər hesab edirlər ki, hər iki ölkənin prezidentləri ABŞ-da olduğu kimi yenidən seçiləcəklər: «Əgər bu baş versə, regiondakı situasiya üçün böyük əhəmiyyət kəsb etməyəcək. Seçkilər səbəbindən bu ilin Dağlıq Qarabağ nizamlanmasında itirilmiş il olacağı haqda fikirlərə gəldikdə, deyə bilərəm ki, bu cür hallar çox olub. Düşünmürəm ki, ABŞ prezidenti Obama Rusiya prezidenti Medvedevin oynadığı rolu oynaya biləcək. Bu mümkün və real deyil. Amma məncə, ABŞ prezidenti və dövlət katibi Azərbaycan və Ermənistanın dövlət başçıları arasında etimadı möhkəmləndirə bilərlər. Bu olmadan həmsədrlər öz işlərini sonadək apara bilməyəcəklər». Geri dön |