Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür

Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür


Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür.

Bu barədə “Mastercard”ın baş direktoru Avşar Gürdal deyib.

“Biz Azərbaycanda 4 tərəfdaş bank ilə kartla sadələşdirilmiş pul köçürmələrinin tətbiqi istiqamətində çalışırıq. Eyni zamanda, elektron ticarət sahəsinin daha da böyüyəcəyini proqnozlaşdırırıq və bu əməliyyatların daha da mükəmməlləşdirilməsi üzərində işləyirik. Hazırda dünyada baş verən ödəmələrin sinxronlaşdırılmasına nəzər salsaq, Azərbaycanda rəqəmsal iqtisadiyyat üçün böyük potensialın olduğunu qeyd etmək mümkündür. Ümumiyyətlə, “Mastercard” olaraq Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi hazırda kart ödənişlərinin şəxsi istehlak xərclərində 25 faiz təşkil edən payını davamlı şəkildə artırmaqdır”, - deyə baş direktor qeyd edib.

Geri dön