Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır

Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır


Ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələdir.

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar.
“Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı əsas məsələlərdən biri təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır”,- deyə o əlavə edib.

Geri dön