Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qıcqırma - Qastroezofageal reflüks xəstəliyi (QERX) nədir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qıcqırma - Qastroezofageal reflüks xəstəliyi (QERX) nədir?

Qıcqırma - Qastroezofageal reflüks xəstəliyi (QERX) nədir?


Qastroezofageal reflüks qəbul edilən qidanın və ya mədə turşusunun qida borusuna doğru geri qayıtmasıdır. Pasiyentlər bu halı qıcqırma kimi ifadə edir. Lakin bu cür geri qayıtma əsasən mədədaxili təzyiqin artması ilə uzanıq vəziyyətdə və yemək yedikdən dərhal sonra qısa müddətlik normal qəbul edilə bilər. Buna baxmayaraq, bu kimi şikayətlər artıq xronik olaraq davam edirsə və bu səbəblə bağlı qida borusunda zədələnmələr meydana gələrsə, buna Qastroezofageal reflüks xəstəliyi deyilir. Qısa deyişlə, bunu QERX də adlandıra bilərik. Qıcqırma şikayəti əhalinin 20%-də görülməkdədir və reflüks xəstəliyi ürək mənşəli olmayan döş qəfəsi ağrılarının ən sıx görülən səbəbidir.
Reflüks necə əmələ gəlir? Qıcqırma nədən olur?

Normalda mədə turşusunun və ödün yemək borusuna geri qayıtmaması üçün orqanizmdə müəyyən müdafiə sistemi mövcuddur. Bunlara aşağıdakıları misal göstərə bilərik:

Anatomik cəhətdən qida borusu mədəyə düz olaraq deyil, meyilləşərək keçir.
Qida borusunun aşağı hissəsində qidanın yemək borusundan mədəyə keçməsinə köməklik göstərən, lakin geri qayıtmasına mane olan bir əzələ təbəqəsi vardır ki, bu əzələlər də qida mədəyə keçdikdən sonra yığılır və onun geriyə qayıtmasının qarşısını alırlar.
Yerin cazibə qüvvəsinin təsiri ilə də qəbul edilən qidalar mədədə qalırlar.
Yemək borusunun peristaltik hərəkəti də mədəyə doğru istiqamətlənmişdir və buna bağlı olaraq da, az miqdarda belə qida yemək borusuna geri qayıtsa belə, yenidən mədəyə geri göndərilir.
Ağız suyu (tüpürcək) da həmçinin turşuluğu neytrallaşdıraraq, qida borusunu kimyəvi zədələnmələrdən qoruyur.
Yuxarıda sadalanan faktorlardan bir və ya bir neçəsində pozuntu olarsa və ya hamiləlik, piylənmə, qarın daxili şişlər, qaraciyər sirrozu və assit kimi mədə daxilindəki təzyiqi artıran faktorlar mövcuddursa, həmin insanda qastroezofageal reflüks əmələ gələr.

Qastroezofageal reflüksün əlamətləri hansılardır?

Ağıza acı suyun gəlməsi;
Mədə üzərində və ya döş qəfəsinin ortasında sümüyün altında çənəyə və boğaza yayıla bilən ağrı və yanğı hissi;
Boğazda acılığın, turşabənzər dadın olması;
Xronik öskürək, yuxarı tənəffüs yolu infeksiyaları;
Əlamətlərin yemək yedikdən və ya uzanıq vəziyyətə keçdikdən sonra daha da artması;
Və həmçinin, yuxarı həzm sistemi oqranlarında qanaxma görülübsə, bu zaman
Qastroezofageal reflüks xəstəliyi mütləq araşdırılmalıdır.

Geri dön