Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Hakimiyyət həm də kiçik partiyaların mövcudluğunda maraqlıdır
Fərəc Quliyev:Hakimiyyət həm də kiçik partiyaların mövcudluğunda maraqlıdır |
Uzun zamandır hazırlanan və bir sıra bəndləri yumşaldılan Siyasi Partiyalar Haqqında Qanun nəhayət ki, Milli Məclis tərəfində qəbul edildi. Bu qanun özündə bir sıra dəyişiklikləri ehtiva etdiyindən bəzi partiya rəhbərləri tərəfindən narazılıqla qarşılansa da, əks fikir səsləndirənlərin sayı da az deyil. Bir çox siyasi ekspertlər və partiya rəhbərləri yeni qanunun qəbulunu müsbət dəyərləndirməklə yanaşı, bunun siyasi partiyaların formalaşmasına çox böyük təkan olacağını diqqətə çatdırırlar.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, bu qanun çoxdan mövcud idi və təxminən 70-ə qədər əlavələr edilmişdi: “Amma bu əlavələr yamaq xarakteri daşıyırdı. İndi əlavələr yığışdırıldı və yekun qanun qəbul edildi. Bu, müsbət haldır. Digər tərəfdən, qanun müzakirəyə çıxarılanda müəyyən bəndlərdən narazılıqlar oldu. Bu səbəbdən də, qanunun bəzi bəndlərinə xeyli sayda yumşalmalar edildi. Amma hesab edirəm ki, partiyalar cəmiyyətin gözündə dərnək səviyyəsində deyil, ciddi bir qurum kimi görünməlidir. Aydındır ki, hakimiyyət həm də kiçik partiyaların mövcudluğunda maraqlıdır. Məsələn, bir müddəa var idi və onu çıxardılar. Lakin mən həmin bəndin çıxarılmasının əleyhinə idim. Söhbət seçkidə iştirak etməyən partiyaların ləğvi məsələsindən gedir. Hesab edirəm ki, bu müddəa qalmalı idi. Çünki bir partiya varsa, deməli hakimiyyət iddiasındadır. Hakimiyyətə gəlməyin yolu isə seçkidən keçir. Əgər partiya seçkidə iştirak etmirsə, deməli başqa bir yol axtarır. Bu da qeyri-qanuni sayılır. Ona görə də, bu müddəanın qalması vacib idi. Amma düşünürəm ki, hakimiyyət yeni yaranan partiyalara bir dövr ərzində şərait yaratmaq və onların formalaşmasına imkan tanımaq niyyətindədir. Bu, tolerant yanaşmadır. Düşünürəm ki, gələcəkdə əgər mojaritar və proporsional seçki sistemi bərabər tətbiq olunarsa, bu zaman Siyasi Partiyalar Haqqında Qanunun mövcudluğu bir məsələni həll edəcək. Belə ki, cəmiyyətdə artıq fərdlərin yox, zehniyyətin liderliyi haqqında düşünüləcək. Bu mənada qanunun qəbulunu müsbət sayıram”. Fərəc Quliyevin sözlərinə görə, partiya üzvlərinin şəxsi məlumatlarının reyestrə daxil edilməsi tam olaraq mühüm əhəmiyyət kəsb etmir: “Bu cür müddəaları yumşaltmaq olar. Amma say məsələsində fikirim müsbətdir. Biz dərnək qurmaq istəmiriksə və doğurdan da ölkə ərazisində hakimiyyət iddiasındayıqsa, o zaman say məsələsində cəfakeşlik etməliyik. Partiyalar ən azından Azərbaycanın rayonlarının 60-70 faizini əhatə etməli və üzvlərinin sayını çoxaltmalıdır. Hesab edirəm ki, oxşar nizamnaməsi və məramnaməsi olan partiyalar birləşə bilər. Bu, həm güclü şəkildə müxalifətin formalaşması ilə nəticələnə, həm də gələcəkdə parlament partiyasına çevriləndə fraksiyaların yaranması və digər məsələləri özündə ehtiva edə bilər. Ona görə də, “az adam olsun, hər kəs partiya yarada bilsin” tezisini qəbul etmirəm. Hesab edirəm ki, iddialısansa, o zaman cəmiyyətin dəstəyini almağı bacarmalısan”. Müşviq Tofiqoğlu/KONKRET.az Geri dön |