Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda dar ağacları
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > İranda dar ağacları

İranda dar ağacları


Hər gün İranın müxtəlif yerlərindən edam xəbərləri gəlir. Məhkəmədə hakimlərin şəriət qaydalarına dayanaraq verdiyi qərarlarla hər il yüzlərcə insan dar ağaclarından asılaraq edam edilirlər. İran dövlətinə bağlı olan müstəqil informasiya agentliklərin verdiyi məlumatlara istinadən 2012-ci ildə bu ölkədə 587 nəfər edam edilib. Edam edilənlər narkotik qaçaqmalçılığında, qətldə, cinsi zorakılıqda, hökumət əleyhinə fəaliyyət göstərməkdə və s. günahlandırılıb. Beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında İran dövləti edam sayı baxımdan Çindən sonra ikinci yeri tutur. Edam edilənlərin bir çoxu indiyə kimi vəkillə təmin edilməyib və onların işlərinə ədalətli baxılmayıb. İran dövləti 34 ildir hər il edam sayında dünyada yeni rekordlara sahib olub ama buna baxmayaraq, ölkə daxilində oğurluq, faişəlik, cinayətkarlıq, narkotik alveri, korrupsiya və s. keçmişdəkinə nisbət qat-qat artıb. Bir çox ekspertlər edam cəzasını rüşvətxorluğun və cinayətkarlığın azalması üçün çarə yolu olaraq bilmirlər. Əksinə edam cəzasının cəmiyyətdə bunların çoxalmasına səbəb olmasını dilə gətirirlər. Yanvarın 20-də Tehranda yaşları 24-dən az olan 2 gənc əhalinin gözü önündə səhər tezdən edam ediblər. Gənclərin nədə ittiham olunması və insanlar üçün ən ağır cəza olan edama məhkum olmaları bir çoxlarını təccübləndirdi. Bu gəncləri cinayətə yoxsulluq vadar edib. Onlar bir nəfərə bıçaq çəkib və onu qorxudaraq zorla 15000 min tümən pulunu əlindən alıb qaçmışlar. Soruşan lazımdı, dünyanın hankı ölkəsində bıçaqla birini qorxudanı və hətta yaralıyanı edam edirlər?!
İran dövlətinin əhalinin gözü önündə icraya qoyduğu edamlar siyasi mahiyyət daşıyır. Əgər oğruları və bıçaqçəkən insanların əgər cəzası edamdırsa, o zaman gərək birinci İran ali dini lideri Əli Xamneyi və onun ailəsindən başlayalar. Hazırda dövlətdən və millətdən milyonlar oğurlyan və millətə zorakılıq tətbiq edən, qətlə yetirən minlərcə insan və SEPAH və ETTELAAT əməkdaşları sərbəst yaşayırlar. Bəs bu məsələdə bu ayrı-seçkiliyin səbəbi nədir?!
İran dövləti bu gəncləri və bunlara tay şəxsləri xuliqanlıqda günahlandırır və onların edamlarını sosial təminat və əhalinin təhlükəsizliyi üçün zəruri hesab edir. Eyni haldakı əhalinin təhlükəsizliyini pozan əslində İran hakimiyyəti özüdü, bu hakimiyyətin oliqarxiyasından və ədalətsizliyindən dolayı ölkəni yoxsulluq, işsizlik bürüyüb və bahalıq həddindən aşıb və əhalinin bir çoxu qarnını doyurmaq üçün məcbur qalıb oğurluq edir və cinsi azadlığı təmin olmadığı özünü kontrol edə bilmir və qadınlara və gənc oğlanlara qarşı cinsi zorakılığa can atır. Hakimiyyətin bu edamlardan əsas məqsədi cəmiyyət daxilində qorxu və vəhşət yaratmaqdır. Xalqın əksəriyyəti ölümdən qorxaraq hakimiyyət tərəfindən həyata keçirilən bu haqsızlıqa və ədalətsizliyə öz etirazını bildirə bilmir. Edam edilən iki gənc hakimə günahsız olduqlarını deyiblər. Hakim isə deyib soyuq silahla bir nəfəri qorxudub zorla pulunu almısız və buna görə yer üzünün cinayətkarı və allahın düşmənisiz və bununda cəzası islam dinində edamdı. Birdə hakimiyyət ölkənin bu ağır və böhranlı çağında millətin ona qarşı silahdan istifadə etməsindən qorxur və bunun üçün bir çoxlarının gözünün odun alsın diyə edam cəzasını bu şəkildə icraya qoyur. İranda hazırda edam o qədər çoxalıb ki, əhalinin bir çoxu buna məsuliyyətsiz və biganə yanaşır və bir çoxuda edam cəzası vasitəsi ilə insanların öldürüməsini intiqam hissindən dolayı dəstəkləyir. Hakimiyyətində məs istədiyi budur və pesixolojik olaraq bu hissi xalq içində yaratmaqla gələcədə siyasi fəalları və ona qarşı üsyan edənləri kütləvi şəkildə edam etmək niyyətindədi.

Elçin Hatəmi

Geri dön