Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Bizneslə məşğul olmaq imkanı yaransa belə, bundan imtina edərəm”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Bizneslə məşğul olmaq imkanı yaransa belə, bundan imtina edərəm”

Fərəc Quliyev: “Bizneslə məşğul olmaq imkanı yaransa belə, bundan imtina edərəm”


Deputat: “Heç bir biznesim yoxdur”

Fərəc Quliyev: “Bizneslə məşğul olmaq imkanı yaransa belə, bundan imtina edərəm”


“Nə indi, nə də bundan öncə ticarətlə məşğul olmamışam. Əvvəla buna imkanım yoxdur, imkanım olsa da bizneslə məşğul olmaram”. Bu sözləri Editor.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev söyləyib.
Xatırladaq ki, son dövrlər dövrü mətbuatda bəzi millət vəkillərinin qeyri-leqal sahibkarlıq fəaliyyəti ilə məşğul olması haqqında müxtəlif iddialar səslənir. Qanun millət vəkillərinə biznes fəaliyyəti ilə məşğul olmağı yasaq etsə də, bir çox deputatların bu fəaliyyətlə məşğul olduğu deyilir.
Millət vəkili Fərəc Quliyev başqaları barədə deyil, yalnız özü haqqında danışa biləcəyini bildirdi: “Hər kəs öz əməlinə cavabdehdir. Mən kiminsə yerinə nəsə deyə bilmərəm. Elə bir monitorinq qrupuna da rəhbərlik etmirəm ki, hansı deputatın biznes fəaliyyəti ilə məşğul olduğunu aydınlaşdırım. Şəxsən mən heç zaman ticarətlə məşğul olmamışam. 1990-95-ci illərdə və 2010-cu ildən parlamentdə təmsil olunuram. Qanun isə deputatlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı birbaşa yasaq edir. Bizdə öz növbəmizdə qanunlara riayət etməyə borcluyuq. Bu səbəbdən bizneslə məşğul olmaq imkanı yaransa belə, buna getmərəm. Çünki mən qanunlara fanatikcəsinə bağlıyam”.
“Siz həm də həkimsiniz, parlamentdə bəzi həmkarlarınız paralel olaraq həkim işləyirlər. Siz necə tibb fəaliyyətlə məşğul olursunuzmu” sualımıza cavabında millət vəkili bunu təkzib etdi: “1990-95-ci illərdə deputat olanda həkim kimi də fəaliyyət göstərirdim. Buna qanun icazə verir. Amma xeyli vaxtdır ki, tibbi fəaliyyətə son qoymuşam. Bu deputat olandan öncə baş verib. Əsas diqqətimizi siyasi fəaliyyətə yönəltdiyimizə görə, bu sahədən ayrılmalı olduq. Hazırda da yenidən həkim kimi çalışmağa ehtiyac duymuram. Əslinə qalsa, buna vaxtım da yoxdur”.

Azər Niftiyev, Editor.az

Geri dön