Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan, Özbəkistan və Qazaxıstan türk avtomobil konqlomeratını yaradacaq
Azərbaycan, Özbəkistan və Qazaxıstan türk avtomobil konqlomeratını yaradacaq |
Özbəkistan Azərbaycan və Qazaxıstanla əməkdaşlıq edərək "avtomobil sənayesinin türk konqlomeratı" yaratmağa çalışır.
Bunu Özbəkistan Prezident Administrasiyasındakı mənbə təsdiqləyib. Bu məsələ ilə bağlı əlavə təfərrüat verilməyib. Konqlomeratın yaradılması ideyası Özbəkistanın “UzAuto Motors” şirkəti, Azərbaycanın “Azərmaş” avtomobil zavodu və Qazaxıstanın ən böyük avtomobil istehsalçısı olan “Saryarka Avtoprom” MMC arasında əməkdaşlığın qurulmasını nəzərdə tutur. Adıçəkilən şirkətlər bir neçə ildir ki, Özbəkistanın tədarük etdiyi hissələrdən Chevrolet avtomobillərinin yığılması ilə məşğuldurlar. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Konqlomeratın yaradılması ideyası üç ölkənin maşınqayırma sənayesində möhkəm əlaqələrə əsaslanır. Məsələn, hələ 2022-ci ilin iyun ayında “Azərmaş” ASC ilə “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandumu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov və “UzAvtoSanoat” sədrinin müavini Sardor Taciyev imzalayıblar. Qeyd edək ki, dekabrın 21-də Daşkənddə keçirilən Özbəkistan-Qazaxıstan biznes forumu çərçivəsində avtomobil istehsalı sahəsində bir neçə saziş imzalanıb. Çox güman ki, konqlomerat ideyası "UzAuto Motors"un köməyi ilə Azərbaycanda və Qazaxıstanda yeni Chevrolet modellərinin yığılması, eləcə də mövcud imkanların genişləndirilməsi və Özbəkistandan bu ölkələrə ehtiyat hissələrin tədarükünün artırılması baxımından daha sıx əməkdaşlıqla bağlıdır. “Avtomobil sənayesinin türk konqlomeratı”nın təxminən 65 milyon əhalisi olan üç ölkənin bazarlarını əhatə edəcəyi təxmin edilir. Geri dön |