Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göygöldə bərpa edilmiş kəhrizin suyundan 2500 nəfər istifadə edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Göygöldə bərpa edilmiş kəhrizin suyundan 2500 nəfər istifadə edəcək

Göygöldə bərpa edilmiş kəhrizin suyundan 2500 nəfər istifadə edəcək


Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisindəki Qaraağac kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verib.

Nümayəndəlikdən bildiriblər ki, bərpa edilmiş kəhrizin suyundan ümumi sayı 2500 nəfər olan kənd əhalisi suvarma üçün istifadə edəcək. Həmin layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində 22 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.

Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Məqsəd Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Layihə kəhrizlərin bərpası ilə yanaşı, gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan yanaşmanı tətbiq edir.

Geri dön