Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasından 104 il ötür
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasından 104 il ötür |
Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür. 104 il əvvəl, 1918-ci il dekabrın 26-da Poçt, Teleqraf və Əmək Nazirliyi kimi yaradılan nazirlik dövlətimizin ildən-ilə güclənən sosial siyasətinin icrasında mühüm rola malik olmaqla, ölkə əhalisinin böyük bir hissəsinə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə sahələrində xidmətlər göstərir.
Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində son illər ardıcıl və genişmiqyaslı islahatlar həyata keçirilib. Sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi, elektron texnologiyalar üzərində, vətəndaş məmnunluğuna uyğun göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq son 4 ildə 3 sosial islahat paketi həyata keçirilib və 4 milyondan çox vətəndaşın rifahına dəstək olan bu islahatlar üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan bu islahatlar nəticəsində minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb. Eyni zamanda həmin dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunmaqla və pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən humanist yanaşmalar tətbiq edilməklə, sosial təminat sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan, 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi ölkəmizin yeni brendinə çevrilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketi icra olunur. Ötən dövrdə 121 min şəxsə bu tədbirlər çərçivəsində dəstəkyönümlü 260 min xidmət göstərilib. Ümumilikdə şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi nazirliyin fəaliyyətində mühüm yer tutur. Ölkə Prezidentinin tapşırıqlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təminatı proqramını icra edib. Bu ilin avqust ayından isə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı icra olunur və artıq 16,7 min şəxs üzrə birdəfəlik ödəmə verilib. Eləcə də 2022-ci ilin əvvəlindən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilərək Prezidentin aylıq təqaüdü təyin olunub. Bütün bu proqramların icrasında vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsas götürülüb, təyinat mexanizmləri proaktiv qaydada həyata keçirilib. Həssas qruplarla bağlı mühüm sosial proqramların icrasında da son illər mühüm uğurlar əldə olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı son 4 ildə 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara onlara 4300, ümumilikdə ötən dövrdə isə 13,1 min mənzil və fərdi ev təqdim edilib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra 304, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Buna misal olaraq özünüməşğulluq proqramına cəlb olunanların sayı son 4 ildə təqribən 15 dəfə artıb. Həmin dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb. Aparılan sosial islahatlarda səmərəli fəaliyyəti ilə seçilən nazirlik əməkdaşlarının əməyi ölkə Prezidenti tərəfindən daim yüksək dəyərləndirilir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir qrup əməkdaşının dövlət təltifinə layiq görülməsi də bunun növbəti təzahürüdür. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək. Geri dön |